Ötən sutka ərzində Çində 150 nəfər koronavirusdan ölüb
Pekin, 24 fevral, AZƏRTAC
Çində ötən sutka ərzində daha 409 nəfərin koronavirusun yeni növünə (COVID-19) yoluxduğu, 150 nəfərin isə bu virusdan öldüyü təsdiqlənib. Beləliklə, indiyədək virusa yoluxanların sayı 77 min 262, ölənlərin sayı isə 2595 nəfərə çatıb.
AZƏRTAC Çin Dövlət Səhiyyə Komitəsinə istinadla xəbər verir ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 3434 nəfər, sağalıb xəstəxananı tərk edənlərin sayı isə 24 min 803 nəfərdir.
Ötən sutka ərzində baş verən ölüm hallarının 149-u virusun episentri olan Xubey vilayətində, digəri Xaynan adasında qeydə alınıb. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın təmasda olmuş 635 min nəfəri müəyyən edib, onlardan 97 mini həkim nəzarətinə alınıb.
Çindən başqa, Yaponiya, Sinqapur, Tailand, Cənubi Koreya, Malayziya, Almaniya, Vyetnam, Avstraliya, ABŞ, Fransa, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Filippin, Hindistan, İtaliya, Rusiya, İspaniya, Finlandiya, İsveç, Nepal, Kamboca, Şri-Lanka, Belçika, Misir, İran, Livan, İraq, İsraildə 2100-dən çox yoluxma, 23 ölüm faktı qeydə alınıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]