Ouen Kuper “Emmy” mükafatını qazanan ən gənc aktyor kimi tarixə düşüb
London, 15 sentyabr, AZƏRTAC
İngilis aktyor Ouen Kuper “Emmy” mükafatında qısa serialda ən yaxşı ikinci planda aktyor nominasiyasında qalib gələrək bu mükafatı qazanan ən gənc aktyor kimi tarixə düşüb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, 15 yaşlı aktyor “Adolescence” adlı dördseriyalı dramdakı obrazına görə bu nominasiyanın qalibi olub. Çəkilişlər zamanı O. Kuperin cəmi 14 yaşı olub və o, bu roldan əvvəl heç vaxt aktyorluq etməyib. Serial qadınlara qarşı zorakılıq və onlayn təhlükəsizlik mövzusunda ölkə miqyasında müzakirələrə səbəb olub. “Netflix”in uğurlu layihəsi olan “Adolescence” gecəyə damğa vuraraq bir neçə digər nominasiyada da qalib gəlib.
Ouen Kuper çıxışında bir neçə il əvvəl dram dərslərinə başladığını, o zaman heç vaxt ABŞ-a gələcəyini və belə bir səhnədə dayanacağını təsəvvür etmədiyini bildirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]
Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]