Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Öz məşəlini alovlandır!”
Rusiyanı sevən və ona hörmət edən ölkə

Bakı, 22 may (AZƏRTAC). İTAR-TASS agentliyinin orqanı, Moskvada çıxan həftəlik “Exo planetı” ictimai-siyasi jurnalının son nömrəsində Aleksey Vlasovun “Rusiyanı sevən və ona hörmət edən ölkə” adlı məqaləsi dərc edilmişdir.

AZƏRTAC həmin məqaləni təqdim edir.

Mayın sonunda Bakıda “Eurovision” müsabiqəsi başlayır (yarımfinal yarışları bu gün, mayın 22-də başlayır - AZƏRTAC). Bir neçə gün ərzində Azərbaycan dünyanın müxtəlif qitələrindən olan musiqi həvəskarlarının nəzərlərinin dikildiyi ölkə olacaqdır. Bununla belə, bir çox avropalılar üçün Azərbaycanın tarixi və müasir durumu elə bir kitabdır ki, onu ən birinci səhifədən başlayıb oxumaq lazımdır. Avropa və Asiya arasında coğrafi mövqeyi ölkəyə mühüm geosiyasi körpü obrazı formalaşdırır və həm də qeyri-adi rəqabət üstünlükləri yaradır.

Xəzər, Dağlıq Qarabağ, neft - ərazisinə görə Cənubi Qafqazın ən böyük respublikası haqqında sosial şəbəkələrdə məlumat tapmaq üçün bu açar sözlərdən istifadə etmək olar. Ötən əsrin 90-cı illərində Qərb üçün bütün postsovet məkanı keçmiş Sovet İttifaqının parçaları hesab edilirdisə, artıq indi Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinin müstəqilliyi gerçəklikdir. Lakin bu heç də həmişə o demək deyildir ki, güclü informasiya axınları ölkənin aydın və dəqiq obrazını ifadə edən dolğun mənzərə yaradır.

Azərbaycan islam ilə Avropa mədəniyyətinin və siyasi ənənələrin birləşdiyi ölkədir. Bu sintez özünü Azərbaycanın eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının və ATƏT-in üzvü olmasında, Milli Məclisin deputatlarının Avropa Parlament Assambleyasında təmsil olunmasında büruzə verir. Cəmi bir neçə ay əvvəl Azərbaycan diplomatiyası nəzərəçarpacaq uğur qazanmışdır - ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü statusu əldə etmişdir.

Azərbaycan müxtəlif mədəniyyətlərin bütün nailiyyətlərini ehtiva etməklə özünün xüsusi, təkrarolunmaz obrazını yaradır. Burada yaşayan xalqların unikal qədim mədəniyyətini, bənzərsiz ənənələrini özündə cəmləşdirən bu obraz ultramüasir mehmanxanalar, qabaqcıl informasiya-telekommunikasiya texnologiyaları, bir neçə dil bilən, gənc biznesmenlər timsalında gələcəyə istiqamətlənmişdir. Ölkə ərazisində yaşayan hər bir xalq bərabər hüquq və imkanlara malikdir, buna “Eurovision” müsabiqəsinin qonaqları da əmin ola bilərlər - dövlət siyasətinin prinsipial əsasları belədir.

Ölkə əhalisinin orta yaş həddinin 30-dan azacıq yuxarı olması da Azərbaycan dövlətçiliyi üçün strateji resursdur, çünki biznesdən başlamış siyasətə qədər ən müxtəlif fəaliyyət sahələrində sağlam ambisiyalar və özünütəsdiq meyilləri gənclərə xas olan cəhətlərdir.

Buna görə də təsadüfi deyil ki, Azərbaycan rəhbərliyi gənclər və təhsillə bağlı proqramlara xüsusi diqqət yetirir. Belə ki, hələ 1994-cü ildə Heydər Əliyevin fərmanına əsasən Gənclər və İdman Nazirliyi yaradılmışdır.

Dinamik inkişafda olan Azərbaycanın insan kapitalı - gənc alimlər, tələbələr, tədqiqatçılar ölkəni onun hüdudlarından çox-çox uzaqlarda təmsil edirlər. Xarici ölkələrin elit tədris müəssisələrində kadr hazırlanması üçün hər cür şərait yaradılır. Azərbaycan hökuməti tərəfindən hazırlanan unikal dövlət proqramı tələbələrə dünyanın ən yaxşı təhsil məkanlarında biliklər qazanmaq, sonra isə həmin bilikləri ölkənin rifahı naminə praktiki fəaliyyətdə tətbiq etmək imkanı verir.

Azərbaycanın ali məktəbləri tədricən keçmiş postsovet məkanının ali tədris müəssisələri arasında ön mövqelərə çıxır. Bu, Diplomatik Akademiyaya və Bakı Slavyan Universitetinə daha çox aiddir. Çox xoşdur ki, Moskva Dövlət Universiteti Azərbaycan filialının mövqeləri son vaxtlar əhəmiyyətli dərəcədə möhkəmlənmişdir.

Azərbaycanın başlıca sərvəti insanlardır, ona görə də mübaliğəsiz deyə bilərik ki, bu diyarın gələcəyi uğurlu olacaqdır. Əlbəttə, yaddan çıxarmaq olmaz ki, tarixən bu respublikanın əsas rəmzlərindən biri neftdir.

Böyük Vətən müharibəsi illərində sovet qoşunlarının qələbəsinin bünövrəsi olmuş Bakı nefti əvvəlki kimi, yenə də strateji sərvətdir. Hazırda məhz neft-qaz sektoru Azərbaycan iqtisadiyyatının əsasını təşkil edir. 2010-cu ildə ölkədə 50,8 milyon ton neft istehsal edilmişdir ki, bu da 2003-cü ilin göstəricisi ilə (15,4 milyon ton) müqayisədə 3,3 dəfə çoxdur.

1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması bir neçə onillik üçün milli iqtisadiyyatın inkişaf xəttini müəyyənləşdirmiş, büdcəni artırmağa, sonra isə qorunma strategiyasından sürətli inkişaf strategiyasına keçməyə imkan vermişdir. Buna görə də mübaliğəsiz deyə bilərik ki, milli iqtisadiyyatın modernləşdirilməsi strategiyası indiyə qədər hələ 90-cı illərin əvvəllərində Heydər Əliyev tərəfindən müəyyən olunmuş prioritetlər əsasında inkişaf edir. Bu isə ölkənin karbohidrogen ehtiyatlarının dünya bazarlarında satışından səmərəli istifadə etməklə öz iqtisadi potensialını gücləndirməsinə imkan verir. “Eurovision” mahnı müsabiqəsinin qonaqları bu vəsaitlərin milli iqtisadiyyata fəal yatırılmasının şahidi ola bilərlər.

Bunu Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatları da sübut edir. Həmin məlumatlara əsasən, 2011-ci ildə Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyaların ümumi həcmi 2515.96 milyon manat təşkil etmişdir ki, bu da 2010-cu ilin müvafiq göstəricisindən 3,2 faiz çoxdur.

2012-ci ilin dövlət büdcəsi 20 milyard dollardan çoxdur, icmal büdcəsi isə təqribən 25 milyard dollar təşkil edir. Strateji valyuta ehtiyatları artaraq 43 milyard dollara çatmışdır.

Hətta böhranlı 2008-2009-cu illərdə, neftin qiymətinin 4-5 dəfə düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı yüksələn xətt üzrə inkişaf edirdi, həm də bu artım, əsasən, qeyri-neft sektorunda müşahidə edilirdi. Buna görə də təəccüblü deyil ki, iki il əvvəl xarici investisiyaların çox hissəsi neft-qaz sektoruna yönəldilirdisə, bu gün artıq, enerjidaşıyıcılarla əlaqəsi olmayan Azərbaycan iqtisadiyyatı xarici investorlar üçün maraq kəsb edir. Hazırda ölkənin bütün regionlarında böyük infrastruktur layihələri həyata keçirilir. Yollar, su-kanalizasiya layihələri, qazlaşdırma, elektrik ötürmə xətlərinin, kənd yollarının çəkilişi - bu layihələrin böyük əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir. Ölkədə sənaye istehsalı demək olar ki, üç dəfə artmış, bir milyona yaxın iş yeri yaradılmış, yoxsulluq göstəricisi 2003-cü ildə 49 faiz təşkil edirdisə, 2010-cu ildə doqquz faizə enmişdir.

Elektroenergetika sənayesi üçün məhsullar istehsal edilən müxtəlif zavodlar, sexlər, istehsal xətləri yaradılmış Sumqayıt texnoparkı Azərbaycan iqtisadiyyatının fəxridir. Postsovet məkanında analoqu olmayan bu layihə Azərbaycanın XXI əsrin reallıqlarına sıçrayışının rəmzidir.

Azərbaycana yatırılan investisiyaların 70 faizinin birbaşa olması faktı da böyük əhəmiyyət kəsb edir. Bu, Azərbaycan üçün yeni texnologiyalar, əlavə kapital, istehsal həcminin artırılması, təşkilatçılıq sahəsində yeni biliklərin əldə edilməsi, menecmentin yaxşılaşdırılması, yeni iş yerləri deməkdir. Azərbaycan öz peykini buraxmağı planlaşdırılır. Xarici investorlar üçün bu, öz növbəsində, əlavə gəlir əldə etməklə istehsal və satış bazarının genişləndirilməsi deməkdir. Artıq, Azərbaycan özü də investora çevrilmiş, ölkə hüdudlarından kənarda dörd milyard dollara yaxın yatırım etmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan hərtərəfli, şaxələndirilmiş şəkildə inkişaf edir, ölkədə çox böyük ixrac potensialı formalaşdırılır. Öz növbəsində dövlət də bu işdə çox fəal rol oynayır, milli, o cümlədən özəl şirkətlərin xarici bazara çıxmasına çalışır”.

2004-cü ildə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı qəbul edilmişdir. Ən iri məqsədli proqramlardan biri olan bu proqram ilk növbədə Azərbaycanın daxili ərazi strukturunun harmonik inkişafına, ölkənin ayrı-ayrı bölgələrində sosial-iqtisadi geriliyi aradan qaldırmağa, son illərdə isə modernləşdirilmiş sıçrayışla bağlı məsələlərin həllinə yönəlmişdir. Azərbaycanın Qəbələ rayonu buna bariz nümunədir, bu rayonda ən müasir mehmanxana kompleksləri, əyləncə parkı və kino-konsert zalı tikilmişdir.

Respublikamızın paytaxtı, haqlı olaraq dünyanın ən gözəl şəhərlərindən biri adlana biləcək Bakı Azərbaycanın heç də az əhəmiyyət kəsb etməyən strateji resursudur. “Eurovision” müsabiqəsinin qonaqlarının Azərbaycan paytaxtının ən azı iki görməli yerinə baş çəkməsi, sadəcə, zəruridir. Bunlardan biri Bakının mərkəzində yerləşən, yaşı əsrlərlə ölçülən qala divarları ilə əhatə olunmuş qədim yaşayış məskəni - İçərişəhərdir.

İçərişəhər 2000-ci ildə Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycan hökuməti İçərişəhərin ərazisində yerləşən bütün abidələrin tarixi görkəminə toxunmadan qorunub saxlanmasına xüsusi diqqət yetirir. Bu, belə bir həqiqətin dərk olunmasına sübutdur ki, dövlətin obrazı təkcə müasir texnologiyalar və inkişaf etmiş infrastruktur hesabına deyil, həm də öz tarixi yaddaşına qayğıkeş münasibət hesabına formalaşır.

Şəhər sakinlərinin yaşından asılı olmayaraq sevimli istirahət yeri sayılan Dənizkənarı bulvar Bakının “iki nömrəli” görməli yeridir. Bulvardan qədim Xəzərə açılan əsrarəngiz mənzərə, atəşpərəstlikdən başlamış ta XXI əsrdəki hi-techə qədər bir neçə dövrün mədəni qatlarını özünə hopdurmuş və qoruyub saxlamış nadir obrazı tamamlamalıdır.

Yeri gəlmişkən, “Eurovision” qonaqlarının servisin səviyyəsi və xidmətlə bağlı narahat olmasına dəyməz. Son bir neçə ildə şəhərin mərkəzində ən müasir mehmanxanalar tikilmiş, başlıcası isə -yüksək ixtisaslı xidmət heyəti hazırlanmışdır. Başqa ölkələrdən gələn turistlər üçün yeganə “təhlükə” çəkilərinin xeyli artması ehtimalıdır. Bu, Azərbaycan mətbəxinin ləziz təamlarından bixəbər olanlar üçün ciddi sınaqdır, xüsusən ona görə ki, bakılılara xas olan qonaqpərvərlik hələ sovet dövründə dillər əzbəri idi.

Bakıda turizm obyektləri tikintisinin geniş miqyas alması, gözəl mehmanxanalar və konsert zalları - paytaxtın bugünkü simasının göstəriciləri belədir. Azərbaycanda çoxları deyir ki, Qarabağ münaqişəsi bu qədər uzanmasaydı, uğurlar daha sanballı ola bilərdi. Bu münaqişədə ölkə ərazisinin 20 faizdən çoxu işğal edilmişdir. Dağlıq Qarabağla əlaqədar gərginlik davam etdikcə Azərbaycan öz hərbi xərclərini yüksək səviyyədə saxlamağa məcburdur, halbuki bu pulları infrastruktur layihələrinə, əsaslı tikintiyə sərf etmək olardı. Buna görə də mübaliğəsiz demək olar ki, məhz Qarabağ problemi ilə əlaqədar danışıqlarda irəliləyişin olmaması Azərbaycanın yüksələn xətlə inkişafını ləngidən amildir.

Rusiya-Azərbaycan münasibətlərinə gəldikdə isə hazırda bu iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Sərhədyanı əməkdaşlıqdan tutmuş enerji dialoquna qədər, çox geniş əhatəli məsələlər kompleksi qarşılıqlı etimad və hörmət əsasında həll edilir. Əlbəttə, həmişə belə olmamışdır. 1990-cı illərdə ovaxtkı Rusiya rəhbərliyinin Dağlıq Qarabağ probleminə münasibətdə bəsirətsiz və səmərəsiz siyasəti nəticəsində Moskva ilə strateji qarşılıqlı əlaqələr nəzərəçarpacaq dərəcədə zəifləmişdi. Lakin Vladimir Putin hakimiyyətə gələndən sonra vəziyyət dəyişməyə başlamış və Heydər Əliyev ilə Rusiya prezidentinin şəxsi münasibətləri səviyyəsində formalaşmış etimad xətti İlham Əliyevin dövründə də qorunub saxlanmış və möhkəmlənmişdir.

Amma hər halda Rusiya və Azərbaycan arasında münasibətlər təkcə siyasət, iqtisadiyyat və təhlükəsizliklə məhdudlaşmır. Bu, ilk növbədə, insanlar arasında hələ Sovet İttifaqı dövründən qorunub saxlanmış, indi isə iki müstəqil dövlətin gənc vətəndaşlarının sonrakı nəsillərinə ötürülən səmimi dostluq münasibətləridir. Bu ölkə müxtəlif etnik və dini mənşəyə malik xalqların əsrlər boyu çiyin-çiyinə, səmimilik şəraitində yaşadığı bir məkan olmuşdur. Azərbaycan cəmiyyəti bu gün də, heç nəyə baxmayaraq, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dostluq şəraitində yaşadığı, mədəni və etnik rəngarəngliyə malik bir məkandır. Bakıya gələn hər hansı bir rusiyalı adət etdiyi dil mühitinə düşərək özünü rahat hiss edir. Şübhəsiz, burada Rusiyanı sevirlər, onu özlərinin yaxın qohumları qədər sevir və hörmət edirlər, bu hisslər isə Azərbaycanda ailə ənənələrinin təməl daşıdır.

Şübhə etməmək olar ki, mayın sonlarında Avropanın ən populyar məkanında toplaşacaq insanları da eynilə bu cür səmimilik və dostluq, qayğı və diqqət gözləyir və bu insanlar qədim ənənələri müqəddəs dəyərlər kimi qoruyub saxlayan, eyni zamanda hər bir yeniliyə açıq olan qeyri-adi bir ölkəni özləri üçün kəşf edəcəklər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

Henri B. Kaqan və Kenso Soai kimya üzrə Nobel mükafatı aldılar

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib