Özbəkistan Fransa, İspaniya və Böyük Britaniyaya uçuşları dayandırıb
Daşkənd, 14 mart, АZƏRTAC
Özbəkistan koronavirus təhlükəsi ilə bağlı Fransa, İspaniya və Böyük Britaniyaya uçuşları dayandırıb.
AZƏRTAC xəbər verir ki, bundan əvvəl müxtəlif vaxtlarda Çin, Cənubi Koreya, İtaliya və İrana uçuşlar ləğv edilib.
Martın 14-dən, həmçinin Özbəkistanın bütün sərhəd-keçid məntəqələrində Çin, Cənubi Koreya, İtaliya, İran, Fransa, İspaniya və Böyük Britaniya vətəndaşlarının girişinə qadağa qoyulub.
Qadağa bu ölkələrin diplomatik və xidməti pasport sahiblərinə aid edilmir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]