Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özbəkistan Prezidentinin dövlət səfəri iqtisadi münasibətlərin də dərinləşməsində yeni mərhələdir - ŞƏRH

Özbəkistan Prezidentinin dövlət səfəri iqtisadi münasibətlərin də dərinləşməsində yeni mərhələdir -  ŞƏRH

Bakı, 23 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə bu səfəri iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etməsinin təzahürü olmaqla yanaşı, Türk dünyasında cərəyan edən siyasi-iqtisadi hadisələrin regional istiqamətdə də yeni bir mərhələyə daxil olmasının sübutudur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri vəzifəsini icra edən Ayhan Satıcı söyləyib.

O bildirib ki, Azərbaycan və Özbəkistan dövlət başçılarının mətbuata bəyanatları da hər iki ölkənin münasibətlərinin və strateji müttəfiqliyinin yaxın gələcəkdə çoxşaxəli şəkildə inkişaf etdiriləcəyini bir daha göstərdi. Xüsusilə də “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi”, sənaye, energetika, mədəniyyət, nəqliyyat və digər sahələr üzrə müvafiq sənədlərin imzalanması bu strateji müttəfiqliyə dəlalət edir. Azərbaycan Prezidenti İlham Əliyev: “Bu gün bizə nümayəndə heyətlərinin üzvləri tərəfindən qarşıdakı iki-üç ildə gözləntilərimizlə bağlı məruzə olunan məsələlər ölkələrimiz arasında münasibətləri ən yüksək səviyyəyə qaldırmağımızı göstərir”, - deməklə perspektiv inkişafı daha aydın ortaya qoymuş oldu.

Ümumiyyətlə, son dövrlərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrində dinamikliyin artmasını müşahidə etmək mümkündür. Tarixən Mərkəzi Asiya ölkələri və Azərbaycan qarşılıqlı şəkildə həm siyasi, həm iqtisadi, həm sosial, həm də digər sahələrdə Avrasiya regionu üçün aparıcı qüvvəyə sahib olub. O cümlədən Özbəkistan Mərkəzi Asiyada lokomotiv ölkə olaraq, bu regionda mövcud strateji tərəfdaşlıqlara, prioritet sahələrin inkişafına, o cümlədən regionda nəqliyyat xətləri, ticarət qovşaqları və meqalayihələrin implementasiyasına xüsusi diqqət yetirir və bu prosesdə aktiv şəkildə iştirak edir.

TDAM rəhbərinin sözlərinə görə, səfər hər iki ölkənin iqtisadi əməkdaşlığı inkişaf etdirmək və ortaq imkanlardan maksimum istifadə etmək öhdəliyini vurğulayır. Özbəkistan və Azərbaycan xüsusilə enerji, nəqliyyat, kənd təsərrüfatı və turizm kimi sektorlarda iqtisadi sinerji üçün əhəmiyyətli potensiala malikdir. Azərbaycanın Avropa və Asiya arasında tranzit dəhlizi kimi strateji mövqeyi Özbəkistanın ticarət yollarını diversifikasiya etmək və regional əlaqəni artırmaq səylərini tamamlayır. Azərbaycanın Zəngəzur dəhlizinin açılması kontekstində həyata keçirdiyi siyasət və strateji infrastruktur-quruculuq işləri Özbəkistan da daxil olmaqla, digər Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışına daha bir arteriya əlavə etməyi nəzərdə tutur: “Son dövrlərdə Azərbaycan və Özbəkistan arasında ticarət əlaqələrinin inkişafı məqsədilə bir sıra strateji tərəfdaşlıq sənədlərinin imzalanmasını xüsusi olaraq vurğulamaq lazımdır. Həm ölkə başçıları səviyyəsində, həm də müvafiq dövlət rəsmilərinin qarşılıqlı səfərləri zamanı hər iki ölkə arasında ikitərəfli investisiya qoyuluşunun artırılması, ticarət əlaqələrinin inkişafı, birgə strateji layihələrin həyata keçirilməsi qarşıya qoyulan məqsədlərdəndir. Bu çərçivədə iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya mühüm rol oynayır.

Həmçinin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafını əks etdirən statistik rəqəmlər də ticarətdə artım tempini aydın göstərir. Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsi 2020-2021-ci illərdə 36 faiz artaraq 111,9 milyon ABŞ dolları, 2021-2022-ci illər üzrə isə 63,8 faiz artaraq 183,3 milyon ABŞ dolları həcmində olub. Azərbaycanın Özbəkistana ixracı 2016-cı il ilə müqayisədə 2022-ci ildə 14 dəfəyə qədər artıb və 46,45 milyon ABŞ dolları həcmində olub. O cümlədən Özbəkistan məhsullarının Azərbaycana idxalı 2022-ci ildə 136,85 milyon ABŞ dolları həcmində qeydə alınıb. Buna baxmayaraq, mövcud rəqəmlərin artırılması üçün hələ də böyük imkanlar var”.

A.Satıcı diqqətə çatdırıb ki, bütün bunların kontekstində iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, yeni investisiya layihələrinin reallaşdırılması və iş yerlərinin yaradılması məqsədilə 500 milyon ABŞ dolları nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Saziş təsdiq edilib. İşğaldan azad edilmiş ərazilərimizin investisiya cəlbediciliyi imkanlarının yüksək olması bu kimi strateji addımların təsir dairəsini də genişləndirir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli rayonunda 960 şagird yerlik məktəbin tikintisini isə həm mədəni, həm sosial, həm də iqtisadi baxımdan dəyərləndirmək mümkündür. Həmçinin bu məktəb Qarabağın yenidənqurma və bərpa işlərində xarici dövlət tərəfindən edilən ilk hədiyyədir.

“Onu da qeyd etmək lazımdır ki, iki ölkə arasında həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar vasitəsilə əlaqələr daima inkişaf edir. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Azərbaycan və Özbəkistan digər türk dövlətləri ilə birgə sosial, iqtisadi, siyasi, mədəni, hərbi və texnoloji sahələrdə ortaq hədəflərə və prioritetlərə xidmət edir. 4 milyon 823,5 min kvadrat kilometr əraziyə, 173,8 milyon nəfərdən çox əhaliyə, 1383 milyard ABŞ dolları həcmində ÜDM-yə, 855,7 milyard ABŞ dolları həcmində xarici ticarət dövriyyəsinə malik olan türk dövlətləri TDT çərçivəsində dərin inteqrasiya potensialına sahibdirlər. Bunun nəticəsidir ki, “Turkic World Vision-2040” strateji sənədi və TDT-nin 2022-2026-cı illər üçün Strategiyası Azərbaycan və Özbəkistan daxil olmaqla, digər türk dövlətlərini də bir araya gətirir və yaxın perspektivdə Avrasiya regionunda geoiqtisadi və geosiyasi ağırlıq mərkəzlərinin formalaşmasında türk dövlətlərinin rolunu əhəmiyyətli dərəcədə həlledici edir”,- deyə A.Satıcı diqqətə çatdırıb.

Qeyd edək ki, Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri ərəfəsində Özbəkistanın beyin mərkəzlərinin, ayrı-ayrı dövlət qurumları və nazirliklərinin nümayəndələri ölkəmizdə olublar. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar və bu islahatların təhlili ilə yanaşı, dövlət proqramları, yol xəritələri və strategiyaların monitorinq və qiymətləndirilməsi sahəsində görülən işlərlə yaxından tanış olublar və bu təcrübədən Özbəkistanda da faydalanmaq imkanlarını araşdırıblar. Bu da bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatların effektivliyi ölkə hüdudlarından kənarda, eləcə də qardaş ölkələrdə də maraqla izlənir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO