Özbəkistan və Çin müntəzəm aviareysləri bərpa edib
Bakı, 10 yanvar, AZƏRTAC
Özbəkistan və Çin koronavirus pandemiyası ilə əlaqədar üçillik fasilədən sonra müntəzəm aviareysləri yanvarın 10-dan etibarən bərpa edib.
AZƏRTAC xəbər verir ki, Özbəkistan mediası bu barədə “Uzbekistan Airways” aviakompaniyasının administrasiyasına istinadla məlumat yayıb.
“Yanvarın 10-da yerli vaxtla saat 02:10-da pandemiya ilə əlaqədar üçillik fasilədən sonra Özbəkistanın aviadaşıyıcısı Daşkənd-Pekin-Daşkənd marşrutu üzrə ilk müntəzəm sərnişin reysini həyata keçirib”, - deyə aviakompaniyanın nümayəndəsi bildirib. Yanvarın sonunadək bu marşrutla uçuşlar həftədə bir dəfə, fevralda isə həftədə iki dəfə həyata keçiriləcək.
Özbəkistanla Çin arasında müntəzəm hava əlaqəsi 2020-ci ilin fevralında dayandırılıb. Uçuşların bərpası Çinin pandemiya məhdudiyyətlərini yumşaltmasından sonra mümkün olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]