Özbəkistanda ilk qadın universiteti yaradılır
Daşkənd, 28 iyun, АZƏRTAC
Özbəkistanda Koreya Respublikasının Kyunq-in Qadın Universitetinin filialı açılacaq.
AZƏRTAC xəbər verir ki, Daşkənddə Kyunq-in Beynəlxalq Universitetində ancaq qadınlar təhsil alacaqlar. Bu, Müstəqil Dövlətlər Birliyi məkanında ilk qadın universiteti olacaq.
Universitetdə toxuculuq, dizayn, dəb, aviasiya, turizm, səhiyyə, gözəllik sənayesi və digər sahələrdə mütəxəssislər hazırlanacaq. Ali təhsil ocağında müasir tədris avadanlığı, laboratoriyalar, zəngin kitabxana fondu yaradılacaq, tədris prosesində qabaqcıl xarici təcrübədən istifadə ediləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [13:26]
Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib
- 05.10.2026 [13:16]
Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq
- 05.10.2026 [13:08]
Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub
- 05.10.2026 [12:57]
Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib
- 05.10.2026 [12:44]