Özbəkistanın Baş naziri Azərbaycanın Baş naziri Əli Əsədovu təbrik edib
Bakı, 17 fevral, AZƏRTAC
Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, A.Aripov həmkarını Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Məktubda Azərbaycan-Özbəkistan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə dövlət başçıları tərəfindən iki ölkənin hökumətlərinin qarşısında qoyulmuş mühüm vəzifələrin həyata keçirilməsində sıx əməkdaşlığa ümid ifadə olunur.
A.Aripov, həmçinin nəqliyyat-logistika, energetika, sənaye, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş razılaşmaların ardıcıl surətdə həyata keçiriləcəyinə əminliyini ifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]