Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özəl tərəfdaşlığının mühüm nəticəsi: İspan memarlar AzMİU-da tədrisə cəlb olunacaqlar

Bakı, 4 dekabr, AZƏRTAC

Dekabrın 4-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İspaniyanın məşhur memarları və memarlıq şirkətlərinin rəhbərləri ilə görüş keçirilib.

“F-Holding”in təşkilatçılığı ilə Azərbaycana səfər etmiş nümayəndə heyətinə “Bilbao Architecture Team”in (BAT) təsisçisi Xabier Arranz, BAT-ın tərəfdaşları Juan Miguel Rioboó Fuentes və Peru Canada, “Fundación Metropoli”nin London Şəhər Laboratoriyasının direktoru Naiara Vegara, “Ortiz Leon Arquitectos”un həmtəsisçisi Inigo Ortiz, ETSASS-ın baş memarı Jaime Otegui daxildir.

AZƏRTAC xəbər verir ki, AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədovanın qonaqlarla görüşü keçirilib. Görüşdə universitet rəhbərliyi, memarlıq təhsili üzrə professor-müəllim heyəti iştirak edib.

Rektor Gülçöhrə Məmmədova AzMİU haqqında məlumat verib, universitetdə aparılan tədris prosesi, fakültələr, ixtisaslar, akademik heyət, beynəlxalq əməkdaşlıq əlaqələri, ikili diplom proqramları, mübadilə proqramlarından danışıb, istehsalatla qurulan sağlam əməkdaşlıq əlaqələrini diqqətə çatdırıb.

AzMİU-nun rektoru qeyd edib ki, universitetdə tədris edilən ixtisaslara olan tələb daha da yüksəlib: “Qarabağda 30 il müddətində dağıdılan şəhərlərimiz bu gün bərpa olunur. Təhsilimizi yüksək səviyyədə qurmağa çalışırıq ki, məzunlarımız, mütəxəssislərimiz memarlığın ən qabaqcıl təcrübəsindən yararlansın, onlar öz bilik və bacarıqlarını həmin ərazilərdə bərpa-quruculuq işlərinə sərf etsinlər. Yeni şəhərlər və kəndlər inşa etsinlər və soydaşlarımız öz yurd-yuvalarına daha tez qayıda bilsinlər".

“Dövlət-özəl tərəfdaşlığının ana xəttini təhsilin keyfiyyətini daha da artırmaq təşkil edir”

AzMİU-nun memarlıq və dizayn sahələrində İtaliya, İspaniya, Fransa, Türkiyə və digər ölkələrin nüfuzlu universitetlərilə qurulan əməkdaşlıq əlaqələrinə toxunan rektor bununla paralel olaraq istehsalat müəssisələri ilə tərəfdaşlığın önəminə diqqət çəkib: “Bizim üçün dövlət-özəl tərəfdaşlığının ana xəttini təhsilin keyfiyyətini daha da artırmaq təşkil edir. Bu baxımdan bugünkü görüş memarlıq təhsili üçün böyük əhəmiyyət daşıyır. AzMİU bir çox sahələrdə istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələri qurub. Qurulan bu əlaqələrin başlıca magistral istiqaməti isə təhsilin keyfiyyətinin artırılmasıdır. Biz çalışırıq ki, tələbələrimiz praktik təcrübə qazansınlar. İspan memarların gələcəyə yönəlik binaların layihələndirilməsi sahəsində zəngin təcrübəsi var. Əminəm ki, onların təcrübəsindən bizim tələbələr faydalana biləcəklər”.

Universitetin tələbə şəhərciyi barədə də danışan rektor bildirib ki, uzun illər tələbə yataqxanasında 1990-cı illərdə işğal olunmuş ərazilərimizdən didərgin düşmüş məcburi köçkünlər yaşayıb və hazırda şərait tələbələrin yaşaması üçün əlverişli deyil, ciddi təmir işlərinə ehtiyac var: “Məcburi köçkünlərimiz üçün Prezidentin tapşırığı ilə şəhərciklər salındı, onlar fərdi evlərlə təmin olundu. Torpaqlarımız azad olunandan sonra isə “Böyük Qayıdış” Proqramına başlanılıb, vətəndaşlarımız öz doğma yurduna qayıdırlar və bizim yataqxanalar boşalıb. Lakin uzun illər istismarda olan yataqxana binalarında şərait əlverişli deyil”.

“Tələbələrə xoş xəbər - AzMİU-nun yataqxana kompleksi əsaslı təmir olunacaq”

“F-Holding”in təsisçisi Fərid Mustafayev çıxışında memorandumun Azərbaycan memarlarının xaricdə, xarici memarların isə Azərbaycanda fəaliyyətinə şərait yaradacağını vurğulayıb: “Biz peşəkar bir komanda ilə buradayıq. Ümid edirik ki, gəlişimiz AzMİU üçün çox faydalı olacaq. Mənim təsisçisi olduğum şirkət Azərbaycanla yanaşı, İspaniyada da fəaliyyət göstərir. Gördüyünüz memarlar hər biri öz profillərində kifayət qədər tanınan memarlardır. Hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparılır. Bu işlərə töhfə vermək üçün yüksək bilik və bacarıqlara malik memarlar yetişdirmək lazımdır. Əminəm ki, əməkdaşlığımız universitetin yetişdirdiyi gənc memarların dünya səviyyəli mütəxəssislər olmasına töhfə verəcək”.

Fərid Mustafayev çıxışında AzMİU-nun yataqxana kompleksi ilə bağlı məsləyə də toxunub. Şirkət rəhbəri qeyd edib ki, “F-Holding” yataqxananın təmir işlərini öhdələrinə götürür və gələn ildən etibarən təmir-bərpa işlərinə başlamaq mümkündür.

AzMİU-nun kafedra müdiri, Azərbaycan Memarlar İttifaqının sədri professor Elbay Qasımzadə çıxışında bu görüşü Azərbaycan memarlığı üçün əlamətdar hadisə adlandırıb: “Bu gün Azərbaycanda şəhərsalma və memarlıq sahəsində əsl dönüş yaranıb, ölçüyəgəlməz işlər həyata keçirilir. Xüsusilə işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda infrastruktur tamamilə yenilənir. Bütün şəhərlərin Baş planları üzərində iş aparılır. Bütün bu işlər bizim qarşımızda daha böyük vəzifələr qoyur. Bu baxımdan uğurlu beynəlxalq təcrübənin tədrisə daha intensiv tətbiqi müsbət nəticələrə yol açacaq”.

İspan qonaqlar da öz növbələrində səmimi qarşılanmaya görə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədovaya təşəkkürlərini bildiribər. Çıxışlarda müasir memarlıq təcrübələrini universitetin auditoriyalarında bölüşməyə hazır olduqlarını deyiblər. AzMİU-nun memarlıq ixtisası üzrə tədris aparan akademik heyəti və tələbələrlə öz müasir memarlıq təcrübələrini bölüşməkdən məmnun olacaqlarını bildiriblər.

“Yeni memorandum xarici təcrübədən yararlanmağa şərait yaratdı”

Görüşdə bir sıra istiqamətlər üzrə də əməkdaşlıq məsələləri müzakirə olunub və AzMİU ilə “F-Holding” arasında anlaşma memorandumu imzalanıb.

Memorandumu AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və “F-Holding”in direktoru Fərid Mustafayev imzalayıblar.

Dövlət-özəl əməkdaşlığına əsaslan memorandumda xarici mütəxəssislərin AzMİU-da Memarlıq fakültəsində tədrisə, müxtəlif proqramlara, ustad dərslərinə cəlb olunması, konfrans və konqreslərin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, birgə layihələrin işlənilməsi planlaşdırılır.

Daha sonra ispan memarların Memarlıq fakültəsinin müəllim və tələbələri üçün təqdimatları təşkil olunub.

Təqdimatlarda əcnəbi memarlar özlərinə məxsus məşhur layihələri, həmin layihələrin elmi-nəzəri, həmçinin praktiki aspektləri haqqında geniş məlumat veriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına