İQTİSADİYYAT
Özəl və dövlətə məxsus ixracatçı subyektlərin ixracla bağlı reytinqi tərtib edilib
![](/files/galleryphoto/2023/2/1200x630/16904988472009913249_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/169049884794602358_1200x630.jpg)
Bakı, 28 iyul, AZƏRTAC
“İxrac icmalı”nda qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-iyun aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi təqdim olunub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayına istinadla bildirir ki, altı ay üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda təmsil olan şirkətlərə “MKT İstehsalat Kommersiya” MMC, Şirinov Elvin Valeh oğlu, “Baku Steel Company” QSC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Best Logistik” MMC, “STP Global Cable” MMC, “P-Aqro” MMC, “My Fruit” MMC, “Almeyvə” MMC, “Mega Fruit Az” MMC -lər daxildir.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Azərenerji” ATSC başçılıq edir. Daha sonra bu siyahıda ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azəripək” MMC, “ASK Tütün” MMC -lər kimi şirkətlər təmsil olunurlar.