Pakistanda avtobusun çaya düşməsi 20 nəfərin həyatına son qoyub
İslamabad, 9 mart, AZƏRTAC
Pakistanda avtobusun İnd çayına düşməsi 20 nəfərin həyatına son qoyub, dörd nəfər yaralanıb. Ölənlərin ikisinin uşaq olduğu bildirilir.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, Ravalpindi şəhərindən Skardu dağlıq şəhərinə gedən avtobusun sürücüsü idarəetməni itirib və qəza baş verib. Bildirilir ki, ölənlərdən doqquzunun nəşi çaydan çıxarılıb, digərlərinin axtarışı davam edir.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]