Pakistanda sərnişin qatarına hücum edilib, yaralananlar var
Bakı, 11 mart, AZƏRTAC
Çərşənbə axşamı Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin Kaççi rayonunda silahlı şəxslər sərnişin qatarına hücum ediblər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, hücum nəticəsində bir neçə nəfər, o cümlədən qatarın maşinisti yaralanıb.
Bu barədə polis və hökumət nümayəndələri məlumat yayıb.
Bəlucistan hökumətinin sözçüsü Şahid Rind bildirib ki, əyalətin paytaxtı Kvettadan şimal-qərbdəki Pişəvər şəhərinə gedən qatara azı altı silahlı şəxs tərəfindən atəş açılıb.
Hadisə yerinə xilasetmə qrupları və təhlükəsizlik qüvvələri cəlb olunub. İlkin məlumatlara görə, hadisənin terror aktı ola biləcəyi istisna edilmir.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]