Papa Fransisk: Aralıq dənizi məzar deyil, sivilizasiya və ümid mozaikasıdır
Vatikan, 27 sentyabr, AZƏRTAC
Aralıq dənizi məzar deyil, sivilizasiya və ümid mozaikasıdır.
AZƏRTAC xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk deyib.
“Aralıq dənizinin sivilizasiya və sülh laboratoriyası olmaq missiyası bərpa edilsin. Bu dəniz bəzən təhlükəli ola bilər, lakin həmişə “həyat xəzinələri” saxlayıb. Aralıq dənizi sivilizasiya və həyat beşiyidir. Onun nə türbəyə, nə də münaqişə yerinə çevrilməsinə dözmək olmaz. Aralıq dənizi sivilizasiyalararası toqquşmaya, müharibəyə, insan alverinə ən çox əks olan yerdir. Çünki Aralıq dənizi Afrika, Asiya və Avropanı - insanları və mədəniyyətləri, xalqları və dilləri, fəlsəfələri və dinləri birləşdirir”, - deyə pontifik qeyd edib.
Roma Papası bildirib ki, ümid və qardaşlıq hissləri qeyri-sabit olmamalı, əksinə yaxşı təşkilatlanmalı, uzun, orta və qısamüddətli fəaliyyətlərdə reallaşmalıdır. Nəticədə insanlar tam ləyaqətlə mühacirət edib başqa yerlərə getməməyi seçə bilməlidirlər. Aralıq dənizi ümid mesajı olmalıdır. Ümidə təkcə miqrantların və ya sığınacaq axtaranların deyil, Avropa cəmiyyətinin, xüsusən də yeni nəsillərin ehtiyacı var.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]