Papa Fransisk Rusiyanı taxıl sazişini bərpa etməyə çağırıb
Vatikan, 31 iyul, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Rusiyanı taxıl sazişinin fəaliyyətini bərpa etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, Papa Fransisk taxılın mühüm qida məhsulu və bəşəriyyətin qidalanması üçün Tanrının hədiyyəsi olduğunu bildirib. Milyonlarla insanın aclıqdan əziyyət çəkdiyini qeyd edən Roma Katolik Kilsəsinin rəhbəri Rusiya hakimiyyət orqanlarını taxıl sazişinin fəaliyyətini bərpa etməyə çağırıb və taxılın təhlükəsiz daşınmasının təmin olunmasının vacibliyini vurğulayıb.
Papa Fransisk insanları Ukrayna üçün dua etməyi dayandırmamağa səsləyib, müharibənin taxıl da daxil olmaqla hər şeyi məhv etdiyini deyib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]