Paracüdoçumuz Vüqar Şirinli Tokio Paralimpiadasında Azərbaycana üçüncü qızıl medalı qazandırıb
Bakı, 27 avqust, AZƏRTAC
Paracüdoçumuz Vüqar Şirinli "Tokio-2020" Yay Paralimpiya Oyunlarının qalibi olub.
AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk görüşdə türkiyəli Recep Çiftçiyə qalib gələrək yarımfinala yüksəlib. Növbəti görüşündə rumıniyalı Aleks Boloqanı tatamidən məyus yola salan V.Şirinli "Tokio-2020"nin finalına yüksəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə təmsilçimiz qazaxıstanlı Anuar Sarıyevi məğlub edərək Tokio Paralimpiadasının qalibi olub.
Daha əvvəl paracüdoçumuz Şəhanə Hacıyeva (48 kq) və Raman Saleh (100 metr məsafəyə arxasıüstə üzgüçülük) qızıl medala sahib olublar. Azərbaycan komandasının aktivinə digər medalı Pərvin Məmmədov (49 kq) yazdırıb. Pauerliftinqçimiz bürünc medala sahib olub.
Qeyd edək ki, “Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]