Paralimpiya çempionu Şəhanə Hacıyeva: Tokioda Azərbaycan himnini səsləndirdiyim üçün xoşbəxtəm
Bakı, 27 avqust, AZƏRTAC
Qazandığım bu, qələbə mənə yuxu kimi gəlir. Paralimpiya çempionu olduğum üçün sevinirəm.
AZƏRTAC xəbər verir ki, bunu “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan paracüdoçusu Şahanə Hacıyeva (48 kq) deyib.
Paralimpiya çempionu deyib: “Tokioda Azərbaycan himnini səsləndirdiyim üçün xoşbəxtəm. Bu qələbəmi müəllimlərimə, valideynlərimə və şəhidlərimizə həsr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ümid edirəm ki, komandamız bu uğurun davamını gətirəcək”.
Qeyd edək ki, Ş.Hacıyeva ilə yanaşı, paracüdoçumuz Vüqar Şirinli (60 kq) və üzgüçümüz Raman Saleh də qızıl medala sahib olublar. Pauerliftinqçimiz Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıb.
“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]