Paralimpiyaçı cüdoçularımız Portuqaliyada dünya çempionatında iştirak edəcəklər
Bakı, 1 noyabr, AZƏRTAC
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov qadınlardan ibarət cüdo üzrə milli komandamızın baş məşqçisi və idmançılarla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə cari ilin noyabrında Portuqaliyada keçiriləcək dünya çempionatına və 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda təşkil olunacaq XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar məşqçi və idmançıların məlumatları dinlənilib, görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib.
Sonda İ.Rəhimov milli komandaya verdiyi dəstəyə görə, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə öz minnətdarlığını bildirib.
Müzakirələrin yekunu olaraq müvafiq qərarlar qəbul olunub.
Qeyd edək ki, paralimpiya millimiz Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə noyabrın 13-19-da Portuqaliyanın Odivellas şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]