Parataekvondoçularımız Qran-Pri turnirində iştirak edəcəklər
Bakı, 5 iyun, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada parataekvondo üzrə Qran-Pri turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, millimiz yarışda üç idmançı ilə təmsil olunacaq. Baş məşqçi Fərid Tağızadə yetirmələrindən son Avropa çempionatının gümüş mükafatçısı İmaməddin Xəlilov (70 kq), bürünc mükafatçı Sabir Zeynalov (58 kq) və yığmanın digər üzvü Əbülfəz Abuzərliyə (80 kq) reytinq xallarını artırmaları üçün şans verib. Xatırladaq ki, hər üç idmançı K-44 kateqoriyasına aiddir.
İyunun 6-da baş tutacaq qarşılaşmalarda qalib idmançılar aktivlərinə 60 xal əlavə edəcəklər ki, bu da Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün böyük önəm kəsb edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]