Paris regionunda COVID-19-la bağlı vəziyyət gərginləşib
Paris, 10 mart, AZƏRTAC
Paris regionunda COVID-19 pandemiyası ilə bağlı vəziyyət gərginləşib. Xəstəxanalarda çarpayı çatışmazlığına görə koronavirus xəstələri digər regionlara istiqamətləndirilir.
AZƏRTAC xəbər verir ki, bu haqda hökumətin sözçüsü Q. Attala məlumat verib. Bildirilib ki, virusun çox yayıldığı digər regionlarda da eyni tədbir görülür. Milli səviyyədə sanitar məhdudiyyətlərin, eləcə də bəzi regionlarda həftə sonu karantin rejiminin uzadıldığı bildirilib. Ölkədə yoluxma səviyyəsinin yüksək olduğu qeyd edilib.
Fransa Səhiyyə İdarəsi ölkədə reanimasiya şöbələrində ağır koronavirus xəstələrinin sayının artaraq 4 minə çatdığını qeyd edib. Son sutkada 368 ölüm faktı qeydə alınmaqla, koronavirus qurbanlarının ümumi sayı 89 301-ə çatıb. Gündəlik yoluxma 23 mindən çox olub. Xəstəxanalarda 25 201 koronavirus xəstəsi müalicə alır. Pandemiya başlayandan 267 539 koronavirus xəstəsi sağalıb.
Ölkədə yoluxmaların 65 faizinin Britaniya ştammı olduğu vurğulanır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]