Parisdə AŞPA-nın komitə və Büro iclasları keçirilir
Paris, 10 dekabr, AZƏRTAC
Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi, insan haqları, monitorinq komitələrinin və Bürosunun iclasları keçirilir.
AZƏRTAC xəbər verir ki, iclaslarda ölkəmizi AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü Sabir Hacıyev təmsil edir.
Dekabrın 9-da siyasi komitənin iclasında Azərbaycanın prosedur qaydalarına əlavələrlə bağlı etdiyi təklif qəbul olunub.
Bu gün qurumun insan haqları komitəsinin iclası keçirilir. Komitə iclasında ölkəmizlə bağlı məruzə dinləniləcək. Bundan əlavə AŞPA-nın Büro iclasında Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı məsələ müzakirə olunacaq və ölkəmizin AŞPA-ya göndərdiyi dəvət məktubu ətrafında fikir mübadiləsi aparılacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]