Parlament seçkiləri ilə əlaqədar 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycanda parlament seçkiləri ilə əlaqədar 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb. Ümumilikdə namizədlərdən 305-nin partiya mənsubiyyəti var.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mətbuat konfransında məlumat verib.
MSK sədri qeyd edib ki, 1057 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 11 şəxsin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.
Namizədliyi qeydə alınanların 79 faizi kişilər, 21 faizi qadınlardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]