Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parlamentarizm ənənələri və sülh çağırışları

Parlamentarizm ənənələri və sülh çağırışları

Bakı, 30 iyun, AZƏRTAC

XX əsrin sonlarında Sovet İttifaqının süquta uğramasından sonra, dünya siyasi arxitekturasının formalaşdığının müşahidə olunduğu bir zamanda mürəkkəb geosiyasi vəziyyətin gətirdiyi yanaşmalar hər bir ölkədə yeni siyasi münasibətlərin tənzimlənməsini zəruri edirdi. 1990-cı ilin əvvəlində Azərbaycanın siyasi və iqtisadi transformasiya prosesi hakimiyyətlə vətəndaş cəmiyyəti arasındakı münasibətlə bağlı problemlərin artmasına səbəb olurdu. Bu münasibətlərin xüsusiyyətləri bilavasitə ölkədaxili sabitliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının, sağlam siyasi dialoqun dərk edilməsi ilə bağlı idi, çünki bunlara hörmət edilmədən demokratik siyasi sistem mövcud ola bilməzdi.

Bu fikirlər Milli Məclisin deputatı Məzahir Əfəndiyevin “Parlamentarizm ənənələri və sülh çağırışları” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Heç kəsə sirr deyil ki, müasir müstəqil Azərbaycanda sağlam siyasi mühitin yaradılması, habelə demokratik inkişafın təmin edilməsi üçün əsas amillərdən biri də parlamentarizm ənənələrinin formalaşdırılması oldu. 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Heydər Əliyev qısa müddətdə sağlam siyasi mühit formalaşdırmağı bacardı, Milli Məclisə siyasi mədəniyyət gətirdi.

Məhz 1995-ci ildən etibarən Azərbaycan parlamenti ölkənin siyasi arxitekturasının tamamlanması işinə öz fəaliyyəti ilə əməli töhfələrini verməyə başladı. Keçən müddət ərzində Milli Məclis tərəfindən qəbul olunmuş və Azərbaycan Prezidenti tərəfindən təsdiqlənmiş qanun layihələri bilavasitə ölkə əhalisinin siyasi dayanıqlılığına təkan verərək siyasi dialoqun təşviqini, milli birliyimizi, xalqımızın vəhdətini və dövlətimizin müstəqilliyinin qorunmasını ehtiva edib.

Keçən müddət ərzində istər parlamentlərarası dostluq qrupları, istərsə də müxtəlif nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində Milli Məclis öz beynəlxalq fəaliyyətini formalaşdırmağa nail oldu.

Azərbaycan parlamentinin artıq 30 ildir tamhüquqlu üzvü olduğu və uzun illərdir ən yüksək səviyyədə əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də Parlamentlərarası İttifaqdır (IPU).

1889-cu il iyunun 30-da əsası qoyulan bu təşkilat dünyada parlamentlərarası dialoqun təşviqi, sülh, demokratiya və insan hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən ən qədim və nüfuzlu qurumdur. Hazırda IPU 179 milli parlamenti və 14 regional təşkilatı öz sıralarında birləşdirir. Bu günlərdə Parlamentlərarası İttifaq yaranmasının 136-cı ildönümünü qeyd edir.

Milli Məclis 1995-ci ildən etibarən bu təşkilatın tamhüquqlu üzvüdür. Bu müddət ərzində Azərbaycan Parlamentinin nümayəndə heyətləri IPU-nun assambleyalarında mütəmadi iştirak edib, ölkənin mövqeyini beynəlxalq ictimaiyyətə çatdırıb, aktual məsələlər üzrə qətnamə və müzakirələrdə fəal rol oynayıb. IPU çərçivəsində Azərbaycanın gender məsələləri üzrə siyasi təmsilçiliyi, gənclərin iştirakçılığı, beynəlxalq təhlükəsizlik və iqlim dəyişiklikləri kimi sahələrdə təşəbbüsləri xüsusi qeyd olunmalıdır.

Qeyd edək ki, 2024-cü ildə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 çərçivəsində Azərbaycanın IPU ilə münasibətləri daha da intensiv xarakter alıb. 2024-cü il fevralın 1-də IPU-nun Baş katibi Martin Çunqonqun Azərbaycana baş tutan səfəri, COP29-un hazırlıq mərhələsində Azərbaycan Prezidenti ilə fikir mübadiləsi aparması, ətraf mühit və iqlim dəyişikliyi istiqamətlərində beynəlxalq səyləri dəstəkləyən tədbirin təşkil olunma təşəbbüsü ilə çıxış etməsi gələcək qarşılıqlı əməkdaşlığın faydalılığını ortaya qoyub.

Təsadüfi deyil ki, COP29 çərçivəsində noyabrın 16-17-də Parlamentlərarası İttifaq və Azərbaycan Respublikasının Milli Məclisinin təşkilatçılığı ilə baş tutan, 95-dən çox parlamentin nümayəndə heyətlərinin iştirak etdiyi “COP29 Parlamentlərarası Görüşü” IPU tərəfindən “ən böyük və ən təsirli parlament tədbirlərindən biri kimi” adlandırıldı.

Azərbaycan parlamenti Parlamentlərarası İttifaqla Qoşulmama Hərəkatı çərçivəsində də əməkdaşlıq edir. Xüsusilə, ölkəmizin QH-yə sədrliyi çərçivəsində bu əməkdaşlıq imzalanmış sənədlərlə daha da dərinləşib. Belə ki, 2024-cü il martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycanın rəhbərlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu imzalanıb.

Bu gün Milli Məclis-IPU münasibətləri qarşılıqlı hörmət və tərəfdaşlıq prinsipləri əsasında uğurla inkişaf edir. Həyata keçirilən tədbirlər tərəflər arasında gələcək əməkdaşlıq perspektivlərinin geniş olduğunu deməyə əsas verir. Bu, həm Parlamentlərarası İttifaqın nüfuzunun artması, həm də Azərbaycanın beynəlxalq parlamentlərarası müstəvidə rolunun daha da artırılması baxımından faydalı ola bilər.

Beləliklə, Azərbaycan təmsil olunduğu bütün beynəlxalq platformalarda öz hüquq və vəzifələrini davamlı olaraq qoruyub saxlayır, qarşılıqlı hörmət, etimad və ədalətə əsaslanan münasibətlərin inkişaf etdirilməsində maraqlarını ortaya qoyur. Parlamentlərarası İttifaqla davam edən uğurlu əməkdaşlıq bundan sonra da Milli Məclisin qlobal çağırışların icrasında fəal iştirakçıya çevrilməsi, habelə beynəlxalq parlament diplomatiyasında rolunun daha da güclənməsi istiqamətində öz töhfələrini verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL