“PAŞA Bank” Qarabağda fəaliyyət göstərən tərəfdaş şirkətlərlə 5 milyard manatlıq müqavilə imzalayıb
Bakı, 10 iyun, AZƏRTAC
2021-ci ildən bu günədək Qarabağ regionunda fəaliyyət göstərən tərəfdaş şirkətlər tərəfindən ümumilikdə 5 milyard manat dəyərində müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyətinin sədri Cavid Quliyev bankın ötən ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə deyib.
O bildirib ki, bu müqavilələr çərçivəsində “PAŞA Bank” tərəfindən ümumilikdə 300 milyon manat məbləğində maliyyələşmə təmin edilib.
“Bunun 200 milyon manatı qeyri-nağd öhdəliklər, 100 milyon manatı nağd maliyyələşmədir. “PAŞA Bank” Qarabağ və Zəngəzurda turizm və xidmət infrastrukturunun qurulması, regionlarda yol və nəqliyyat bağlantılarının inkişafı, su ehtiyatlarının idarə olunması, bank xidmətlərinin əlçatanlığının artırılması kimi sahələrə töhfə verir”, - deyə Cavid Quliyev vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:34]
Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək
- 29.09.2026 [13:12]
AZAL-ın ixrac gəlirləri açıqlanıb
- 29.09.2026 [13:00]
“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb
- 29.09.2026 [12:58]
“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb
- 29.09.2026 [12:55]