Patent müvəkkilliyinə namizədlərin attestasiya imtahanı təşkil olunub
Bakı, 12 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 12-də patent müvəkkilliyinə namizədlərin attestasiyasının birinci – test imtahanı mərhələsini keçirib. İmtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub.
DİM-dən AZƏRTAC-a bildirilib ki, namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.
İmtahanın müddəti 3 saatdır və namizədlərə 100 test tapşırığı təqdim olunub. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. İmtahanda toplanıla bilən maksimal bal 100-ə bərabərdir.
İmtahanda qeydiyyatdan keçmiş 40 namizəddən 36 nəfəri iştirak edib. 31 nəfər tələb olunan 50 və daha yuxarı bal toplayaraq növbəti mərhələyə – müsahibəyə buraxılıb. Müsahibə mərhələsi Əqli Mülkiyyət Agentliyində yaradılmış Komissiyası tərəfindən aparılacaq.
Test imtahanı nəticələri ilə bağlı Apellyasiya Komissiyası aprelin 13–15-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Ak., Həsən Əliyev, 299) fəaliyyət göstərəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:48]
BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü
- 01.10.2026 [16:36]
BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir
- 01.10.2026 [16:17]
BDU tələbələri kibertəhlükəsizlik haqqında məlumatlandırılıb
- 01.10.2026 [16:13]
Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb
- 01.10.2026 [16:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid
- 01.10.2026 [15:45]