Payız mövsümündə min hektar ərazidə əkin və səpin işləri aparılacaq
Bakı, 14 sentyabr, AZƏRTAC
Bu il yaz və payız mövsümündə 1370 hektar ərazidə əkin və səpin işlərinin aparılması planlaşdırılıb. Yaz mövsümündə 370 hektar ərazidə nəzərdə tutulan işlər görülüb. Payız mövsümündə isə qalan ərazidə əkin və səpin işləri aparılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
X.Hüseynov bildirib ki, tələb olunan əkin materialları regional meşə təsərrüfatı mərkəzlərində yetişdirilir. Göyrüş, ağcaqayın, palıd və cökə tinglərinin yetişdirilməsi və əkininə daha geniş yer verilir.
O, bu il payız mövsümü üçün əkinə tam yararlı olan, standarta uyğun 2 milyon ədəddən yuxarı əkin materialının mövcud olduğunu da diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]