Payız semestrində 4 mindən çox tələbə təhsil krediti alıb
Bakı, 30 sentyabr, AZƏRTAC
Cari tədris ilinin payız semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan AZƏRTAC-a bildirilib ki, payız sessiyası ərzində 7004 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 1096 nəfərin müraciəti natamam olub, 602 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 632 nəfərin müraciətinə imtina cavabı verilib, 238 nəfərin müraciəti isə banka yönləndirilib.
Payız sessiyası üzrə 4436 nəfərə TTK verilib. Onların arasından 1487 nəfərin müraciəti sosial TTK, 2949 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [13:16]
Subbakalavrlar üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub
- 10.08.2026 [13:10]
Yüksək balla AzTU-ya qəbul olunanlar üçün xüsusi təqaüd imkanı
- 10.08.2026 [13:08]
Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibələri davam edir
- 10.08.2026 [11:06]
BSU müəllimlik ixtisasını seçən oğlan abituriyentlərə təqaüd verəcək
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]