Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paytaxtın əsas giriş qapısının mirvarisi

Bakı, 13 sentyabr (AZƏRTAC). Son illərdə paytaxt Bakı geniş tikinti meydançısına çevrilmişdir. Bu tikinti meydançasında metro stansiyalarının inşası diqqəti xüsusilə cəlb edir.

Perspektiv inkişaf sxeminə və 2011-2015-ci illərin Dövlət Proqramına uyğun olaraq, Bakı Metropoliteni 2030-cu ildə 5 xətt üzrə 76 stansiya və 5 elektrik deposundan ibarət olacaqdır. Hazırda 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteninin Dövlət Proqramı əsasında “Bənövşəyi xətt”inin inşası davam etdirilir. Tikintinin birinci beşillik planına görə, bu xəttin 5 stansiyası inşa olunacaqdır. Ümumiyyətlə, 12 stansiyadan ibarət olacaq bu xətt Beynəlxalq Avtovağzal Kompleksindən başlamaqla, Qaraçuxur qəsəbəsinədək uzanacaqdır.

Yeni xəttin başlanğıc stansiyası olacaq “Avtovağzal”da görülən işlərlə tanışlıq məqsədilə tikinti ərazisində olarkən inşaat sahəsində qızğın iş gedirdi. Buna baxmayaraq, üst hissəsi piramida şəklində qurulan stansiya göz oxşayır. Gələcəkdə bu stansiya müasir işıqlandırma sistemi ilə də təchiz ediləcəkdir. Bir sözlə, paytaxtın əsas giriş qapısının mirvarisi olacaq “Avtovağzal” stansiyası həm sərnişinlərin rahatlığını təmin edəcək, həm də Bakının müasir simasına əlavə çalar qatacaqdır.

Stansiyanın tikinti sahələrində çalışan fəhlələr bildirdilər ki, artıq stansiya öz görkəmini almaq üzrədir. Tikintinin Biləcəri qəsəbəsinə yaxın hissələrində inşaat işlərinin yekunlaşmasına az müddət qalmışdır. Lakin avtovağzal hissəsində tikintinin əsas işləri görülsə də, burada bəzi işlər başa çatmamışdır. Tunelqazan qurğuların qazıntını çıxaran hissələri digər sahədə işlədiyindən bu istiqamətdə əsas işlərə bir qədər gec başlanılmışdır. Bununla belə, bu, tikintinin sürətinin aşağı olması və ya gecikməsi demək deyildir. İşlər əvvəlcədən planlaşdırılmış qaydada davam edir.

“Bənövşəyi xətt”in başlanğıcı olacaq və 356 metr uzunluğunda sahəni əhatə edən “Avtovağzal” stansiya kompleksi həm xaricdən, həm də daxildən son görkəmini almaqdadır. Əvvəlcədən onu da qeyd etmək yerinə düşər ki, metropoliten rəhbərliyinin böyük səyləri nəticəsində burada kompleks şəklində çıxışların müəyyən edilməsinə və çıxışların yerli əhalinin maraqlarını tam əhatə etməsinə nail olunmaqdadır. Stansiyada 7 çıxış nəzərdə tutulmuşdur. Burada əsas çıxışlar hər iki tərəfdə olacaqdır. Bu çıxışlardan başlayaraq yollar müxtəlif istiqamətlərə yönləndiriləcəkdir. Bütün çıxışlar nəzərə alınmaqla, 18-20 metr dərinlikdə yerləşən stansiyada 20 eskalator quraşdırılacaqdır. Bu avadanlıqlar dünyanın aparıcı şirkətlərindən hesab edilən “Tüyssen Krupp”un məhsulu olacaq və “Tugela” tiplidir. Bu maşınlar “Azadlıq prospekti”, “Dərnəgül” və “Koroğlu” stansiyalarında istifadəyə verilmişdir. Onlar enerjiyə qənaətlidir. Bu avadanlıqlara qulluq isə asandır. Həmçinin sürəti aşağı, səssiz-küysüz, titrəyişsiz olduğundan etibarlı və təhlükəsizdir. Avadanlıq zərbələrə davamlı, təhlükəsizlik fırçaları ilə təminatlı, uzunömürlüdür. Səmt işıqlandırması isə maşına estetik görkəm verməklə onu stansiyanın dizayn elementinə də çevirir. İlk iki çıxış stansiyanın əsas nişanəsi sayılacaq şüşə - metalkonstruksiyalı olacaqdır. Yeri gəlmişkən, artıq bu tikilinin inşası başa çatmaq üzrədir. Burada şüşələrin düzülməsi son mərhələdədir və artıq sahənin havalandırılması ilə bağlı sistemin quraşdırılmasına başlanılmışdır. Konstruksiyanın daxilində döşəməyə qranitin düzülməsi işləri də həyata keçirilir.

Çıxışlardan biri Beynəlxalq Avtovağzal Kompleksinin önündə yerləşəcəkdir. Daha bir çıxış avtovağzalın qarşısındakı dairədə olacaqdır. Sonrakı çıxış isə avtovağzalın həyətinə istiqamətləndiriləcəkdir. Bu isə bölgələrə gedən və həmin istiqamətdə şəhərə doğru hərəkət etmək istəyən sərnişinlərin rahatlığını təmin edəcəkdir. Əlbəttə, avtovağzaldan stansiyaya qədər məsafə böyük olduğundan burada travolatorların quraşdırılması da nəzərdə tutulur.

Qeyd etmək yerinə düşər ki, “Avtovağzal”da ümumən 8 travolatorun quraşdırılması planlaşdırılır. Metropolitendə özünü doğrultmuş “Tyssen Krupp”un istehsalı olan bu avadanlıq “Orinoko” adlanır. İstismar müddəti 25 ilə çatır. “Avtovağzal”da bütün çıxışlar nəzərə alınaraq, 8 belə maşın quraşdırılacaqdır. Enerjiyə qənaətli, səssiz-küysüz, titrəyişsiz travolatorlar üfüqi və kiçik maili sahələrdə sərnişin konveyeri olmaqla pillələrin yoxluğu, uzun tunellərdə komfortlu hərəkət imkanı ilə seçilir. Eyni zamanda, əlil və uşaq arabaları ilə hərəkət zamanı, eləcə də yaşlıların, fiziki imkanları məhdud insanların rahatlığını təmin edəcəkdir. Böyük bir ərazini əhatə edəcək stansiyada digər çıxışlar Biləcəri qəsəbəsinə və Bakı-Sumqayıt şosesinin hər iki istiqamətinə doğru uzanacaqdır. Burada da travolatorların, eskalatorların quraşdırılması nəzərdə tutulur.

Birinci vestibüldə artıq mərmər üzlənmə işləri yerinə yetirilir. İkinci vestibüldə isə tamamlanma işləri görülür. Bu istiqamətdə çıxışların əsas səmtləri də məlumdur. Bütün çıxışlarda əlil, uşaq və s. arabaların daşınması üçün panduslar quraşdırılacaqdır.

Sahə ilə tanışlıq zamanı birinci vestibüldə inşaatçılar tamamlanma işlərini yerinə yetirməklə məşğul idilər. Burada travolatorların quraşdırılması üçün hazırlıq görülürdü.

Tavanda elektrik və digər sahələrə dair işlərin yerinə yetirilməsinə başlanılmışdır. Maşın zalının tavanında rəngkarlıq işləri yerinə yetirilirdi. Artıq döşəmə və divarlar isə tam hazırdır.

Platformada döşəmə və divarların qranit-mərmər örtüyü də istismara hazır vəziyyətdədir. Sonrakı işlər tavanda görüləcəkdir. Plaftormaya daxil olarkən, onun uzunluğu diqqəti cəlb edən ilk məqam olur. Bu platforma 7 vaqon üçün nəzərdə tutulur. Buna görə də yeni xətlərdəki stansiyalarda platformanın uzunluğu 144 metr təşkil edəcəkdir. Platformanın tam ortasında daxilə təbii işıq salan böyük bir dəlik diqqəti cəlb edir. Bu boşluq “Avtovğzal”dan başlayaraq, bütün yeni xətlərin əsas özəlliklərindən biri olacaq liftlərin nişanəsidir. Bir müddətdən sonra onun quraşdırılmasına başlanılacaqdır. Bu qurğular yalnız əlillər və fiziki qüsurlu insanlar üçün nəzərdə tutulacaqdır. Liftlər birbaşa stansiyanın plaftormasına enəcəkdir. “Sinerji” modelli liftlərin qalxma hündürlüyü 15,2 metr olacaqdır.

“Memar Əcəmi-2”də olduğu kimi, burada da qatarların hərəkəti üçün nəzərdə tutulmuş stansiya yolu platformadan xüsusi şüşə təbəqə ilə ayrılacaqdır. Platformada təhlükəsizlik qapıları adlandırılan bu qapılar stansiyanı qapalı tipli edəcək və bununla da sərnişinlərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunacaqdır. Bundan sonra özünə qəsd və yaxud hər hansı səbəbdən huşunu itirən sərnişinin stansiyanın yoluna yıxılmasının qarşısı alınacaqdır. Bu, stansiya işçilərini əlavə qayğılardan qurtaracaqdır. Bundan əlavə avadanlıq stansiyanın inşasına çəkilən xərcin azalmasına da səbəb olur. Ən vacibi isə odur ki, bu üsulun tətbiqi metropolitendə ilk dəfə platformanın mikroiqlim şəraitinin yaxşılaşdırılmasını da təmin edəcəkdir. Burada havalandırma sistemlərinin quraşdırılması sərnişinlərin rahatlığının ən vacib göstəricisi olacaqdır. Bundan əlavə, platformada səsli elanların daha keyfiyyətlə və aydın səslənməsinə də şərait yaranacaq, qatarın yaratdığı səs-küy minimum həddə endiriləcək, tuneldən gələn hava təzyiqinin qarşısı alınacaqdır. Bununla həm də qatarların hərəkət intervalının yaxşılaşdırılması mümkün olacaqdır. Şüşə qapılar həm də praqmatik məqsədlər üçündür. Onlar reklam-informasiya imkanlarının genişliyini təmin edəcək və stansiyanın işıqlandırılmasına, həm də geniş məkan təəssüratının yaradılmasına əsas təsir edən vasitəyə çevriləcəkdir.

Sanitar qurğuların, ventilyasiya avadanlıqlarının quraşdırılacağı sahələrdə də lazımi şərait yaradılmışdır. Yol-keçid kamerası və xəttin depoya uzanacaq yollarında da işlər əsasən başa çatdırılmışdır. Qatarların qəbulu və yola salınması üçün lazım olan şərait müsbət həllini tapmışdır.

Onu da qeyd etmək yerinə düşər ki, metropolitendə uzun illər stansiyanın daxil olduğu ərazinin bir hissəsinin kanalizasiya axıntılarına məruz qalması əlavə problemlərə yol açmışdır və inşaatçılar paralel surətdə bərkitmə işləri ilə də məşğul olurlar. Bu cür çətinliklərə baxmayaraq, artıq metronun yeni xəttinin 4-cü stansiyasında da (Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yaxınlığı, Cəlil Məmmədquluzadə küçəsi) qazıntı işlərinin başlanmasına az müddət qalmışdır. Xəttin qazıntısında bu stansiyadan başlayaraq, qazma qurğularında geoloji şərait nəzərə alınaraq dəyişiklik ediləcəkdir. Xəttin Ceyhun Səlimov küçəsində hərbi hospitalın qarşısında yerləşən 3-cü stansiyada da artıq “qruntda divar” üsulu ilə istiqamətləndirici betonlar vurulmaqda, divar panelləri betonlanmaqda və armaturlar yığılmaqdadır.

Bir sözlə, artıq 12 stansiyanın - “Bənövşəyi xətt”in inşası dərinləşməkdədir və şəhərin mərkəzindən sonra Qaraçuxur istiqamətində irəlilədikcə həllini gözləyən məsələnin reallaşması elə də çox vaxt aparmayacaqdır. Çünki bu işlər indidən kompleks şəklində və fərdi qaydada konkretləşdirilməklə, həm dövlət idarə, müəssisə və təşkilatlarla, həm də sahibkarlarla qarşılıqlı anlaşma formasında həll edilir.

Ceyhun Rüstəmov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb

Turizm eksperti: Hindistan və Mərkəzi Asiyadan gələn turistlərin sayında artım diqqət çəkir

Vaşinqton razılaşmalarından sonrakı bir il Azərbaycanı strateji cəhətdən haqlı olduğunu təsdiqlədi - İtaliya eksperti

Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək

Azərbaycanın strateji valyuta ehtiyatları 12 faizdən çox artıb

Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər - ŞƏRH

Umur Tuğay Yücel: TRIPP Azərbaycanın və Türkiyənin Avrasiyada tranzit-logistika əhəmiyyətini artıracaq

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib -  ŞƏRH  VİDEO

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib - ŞƏRH VİDEO

Siyasi şərhçi: TRIPP Qafqazın geostrateji arxitekturasına təsir göstərə biləcək təşəbbüsdür

Əhalinin gəlirləri 10 faizədək artıb

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38,3 milyard manatlıq məhsul satılıb

Lökbatanda dənizdə batan iki nəfərin meyiti tapılıb

“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi

BMU-da bakalavriat səviyyəsində elektron diplomların imzalanması başa çatdırılıb

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb

“Soydaşlarımız və Qarabağ” layihəsi çərçivəsində hazırlanan kitab Marneulidə ictimaiyyətə təqdim edilib

Bakıda yağış yağacaq

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb

AZAL Naxçıvan istiqamətində artan mövsümi tələbatla bağlı sərnişinlərə müraciət edib

Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb

Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib

bp: Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb

Vəli Qasımov: “Neftçi”, “Qarabağ” və “Sabah” çempionluğun əsas favoritləridir

Azərbaycanın xarici dövlət borcu azalıb

UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti avqustun 14-dək davam edəcək – XƏBƏRDARLIQ

Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub

İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə

Azərbaycan Türkiyədə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ən çox müraciət edən ölkələr arasındadır

“Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlərə yekun vurulub

NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib

Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış

Türkiyədəki qədim Aspendos şəhərində təqribən 2400 yaşı olan güləşçinin məzarı tapılıb

Naxçıvanda 700 ev təsərrüfatında büdcə tədqiqatı aparılır

Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək

Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb

Britaniya mediası: Təqribən 230 miqrantı daşıyan kiçik qayıq La-Manşdan keçib

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Dövlət Proqramının prioritet istiqamətləri üzrə fermerlərin maarifləndirilməsi davam etdirilir

Balakəndə arıçıların problemlərinin həlli istiqamətində mümkün alternativlər qiymətləndirilir

Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir

İtaliya alimləri Günəş tutulması zamanı onun tacını müşahidə edəcək cihaz hazırlayıblar

Bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub

Rəssamlıq Akademiyasında tələbələrin yaradıcılıq işlərinin kommersiyalaşdırılması üzrə iş aparılır

ANAMA: Ötən həftə 1581 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib

Fərid Hüseyn: Xurşidbanu Natəvanın irsi Azərbaycan mədəniyyətində xüsusi yer tutur

La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib

Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb

Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər

“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri “e-monitorinq”dəki yeni modulun imkanları barədə məlumatlandırılıb

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub

V.İ.Sadıqovun Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Premyer Liqa: “Sumqayıt”-“Neftçi” matçının stadionu dəyişdirilib

F.E.İsgəndərovun Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

F.E.İsgəndərovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.A.Qurbanovanın Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BMU tələbələri Böyük Britaniyada keçirilən beynəlxalq innovasiya yarışmasında birincilik qazanıblar

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 454-VIIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Subbakalavrlar üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

Azərbaycanda dini təhsildə yeni mərhələ: ixtisaslar və elmi imkanlar genişlənir

Yüksək balla AzTU-ya qəbul olunanlar üçün xüsusi təqaüd imkanı

İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?

Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibələri davam edir

Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib

Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 20 milyon manatdan çoxu geri qaytarılıb

Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib

Sığortaçılar Assosiasiyasının icraçı direktorunun adına saxta hesab yaradılıb, yanlış məlumatlar paylaşılır

Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb

Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva

Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır

“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir

Vaşinqton razılaşması Azərbaycanın regionda yaratdığı yeni siyasi və iqtisadi reallıqları əks etdirdi - ŞƏRH

Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb

“Barselona” Levandovskini klubun əfsanələri siyahısına daxil edib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb

Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirə qatılacaqlar

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Azərbaycan və İndoneziya birgə iqtisadi forum keçirə bilər

Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları 50 faizədək azalıb

Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub

Yeddi ayda istehlakçılara büdcədən 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Səkkiz avqust razılaşmalarının ildönümündə liderlərin müzakirəsi: Azərbaycan-ABŞ əməkdaşlığında yeni faza - TƏHLİL

Azərbaycan Rəssamlıq Akademiyası tələbələrin beynəlxalq sənət platformalarına çıxışını genişləndirir

Benksinin üç əsəri Britaniya vergi ödəyicilərinə təxminən 150 min funta başa gəlib

BMT Konvensiyasının 20 illiyinə həsr olunmuş maarifləndirici broşür hazırlanıb

Su Ehtiyatları Agentliyinin süni intellektəsaslı rəqəmsal siması Aysu təqdim olunub VİDEO

Su Ehtiyatları Agentliyinin süni intellektəsaslı rəqəmsal siması Aysu təqdim olunub VİDEO