“Pekin-2022” zamanı COVID-19 testi müsbət olan iştirakçılar xəstəxanaya yerləşdiriləcəklər
Bakı, 16 oktyabr, AZƏRTAC
2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunları zamanı COVID-19 testi müsbət olan iştirakçılar xəstəxanaya yerləşdiriləcəklər.
AZƏRTAC xəbər verir ki, bununla bağlı oyunların təşkilat komitəsi məlumat yayıb. Məlumatda bildirilib ki, Pekində bir sıra antikoronavirus tədbirləri qüvvədə olacaq. Belə ki, N95 maskalarının yemək zamanı və mükafatlandırma mərasimi istisna olmaqla, taxılması tələb olunacaq. KİV nümayəndələrinin isə iştirakçılarla ya internet, ya da plastik arakəsmələr vasitəsi ilə ünsiyyət quracağı gözlənilir.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti Pekində keçiriləcək Qış Olimpiya Oyunları üçün biletlərin yalnız Çin sakinlərinə paylanacağını bildirib. Bilet almaq istəyənlər daha sonra formalaşdırılacaq protokolların tələblərinə riayət etməlidirlər. Pekin Qış Olimpiya Oyunları fevral 4-20-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]