Pekin metrosundakı qəzada xəsarət alanların sayı 102-yə çatıb
Pekin, 15 dekabr, AZƏRTAC
Pekin metrosunun yerüstü xəttində baş verən qəza nəticəsində xəsarət alanların sayı 102-yə yüksəlib.
AZƏRTAC Pekin meriyasının açıqlamasına istinadla xəbər verir ki, metronun Çanpin xəttində hərəkətdə olan qatarın maşinisti öndəki qatarın dayandığını görüb və toqquşmamaq üçün əyləci basıb. Amma şaxtalı hava səbəbindən relsin səthi buz bağladığı üçün qatar sürüşərək öndəki qatarla toqquşub.
Hadisə yerinə gələn xilasedicilər 515 sərnişini müayinə üçün yaxınlıqdakı xəstəxanalara çatdırıblar. Onlardan 423 nəfəri müayinədən və ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıb edib. Ümumilikdə, 102 nəfərə sümük sınıqları diaqnozu qoyulub, onlardan 67 nəfəri stasionar müalicəyə cəlb olunub. Pekin meriyası qəzanın detallarını araşdırmaq üçün xüsusi təhqiqat qrupu yaradıb.
Qeyd edək ki, Pekin metrosunun Çanpin xətti şəhər mərkəzini Çanpin rayonu ilə birləşdirir və bu marşrutla gündə orta hesabla 400 min sərnişin daşınır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]