Pekində daşqın təhlükəsi səbəbindən 31 min nəfər təxliyə edilib
Bakı, 31 iyul, AZƏRTAC
Pekinin hakimiyyət orqanları aramsız leysan yağışların səbəb ola biləcəyi daşqın təhlükəsi ilə bağlı təcili tədbirlər görür.
AZƏRTAC Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, ÇXR paytaxtının təhlükəli ərazilərindən 31 mindən çox insan təxliyə edilib.
Yerli meteorologiya xidmətinin məlumatına görə, ən şiddətli yağışlar paytaxtın cənub-qərbinə yağır. Belə ki, sutka ərzində Fanşan rayonuna 350 millimetr yağıntı düşüb. Əlverişsiz hava şəraiti ilə əlaqədar Pekinin Şoudu beynəlxalq hava limanında 92 aviareys ləğv olunub.
Pekin administrasiyasından bildiriblər ki, aramsız yağışlarla əlaqədar şəhərdə tikinti işlərini dayandırılıb. Səlahiyyətli orqanlar daşqınların qarşısını almaq üçün təcili tədbirlər görür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]