Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Bakı, 26 iyul, AZƏRTAC
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın gələcəyini təhdid edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Yeni Media Festivalı”nın iştirakçıları ilə görüşündə bildirib.
“Biz ildən-ilə azalırıq və bunun öhdəsindən yalnız orta doğum nisbətini artırmaqla gəlmək olar. Bu göstərici ölkəmizdə 1,4 təşkil edir. Bu, millətin gələcəyi üçün fəlakətlidir”, - deyə prezidentin mətbuat katibi bildirib.
İyulun əvvəlində Rusiya Federasiyasının Baş nazirinin müavini Tatyana Qolikova bildirib ki, reproduktiv yaşda olan qadınların sayının azalması uzunmüddətli xarakter daşıyacaq və 2046-cı ilədək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə edilir
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]