Azərbaycan Dövlət İnformasiya Agentliyi

Peter Erdeyi: Ağdam ruhlar şəhərinə bənzəyir

Peter Erdeyi: Ağdam ruhlar şəhərinə bənzəyir

Budapeşt, 27 oktyabr, AZƏRTAC

Macarıstanlı məşhur jurnalist və publisist Peter Erdeyi Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinə bu yaxınlarda baş tutmuş səfəri haqqında “Elet es Tudomany” jurnalında məqalə dərc etdirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycana üçüncü dəfə, yaxın vaxtlara qədər “od tutub yanan” Qarabağa isə ilk dəfə səfər etmiş müəllif orada gördüyü dağıntılara görə sarsıldığını bildirir. Erdeyi yazır: “Müharibə kəndlərə, meşələrə, üzümlüklərə, faunaya, insanlara, hətta dəfn edilmiş ölülərə də rəhm etməyib. Qarabağın cənub hissəsindəki yandırılmış torpaq işğalçıların zəbt etdikləri torpaqların sakinlərinə dərin nifrət bəsləməsinə sübutdur”.

1917-ci il inqilabına qədər Azərbaycan ərazisində çox xalqların nümayəndələri, hətta öz tarixi vətənlərindən uzaq düşmüş almanlar, polyaklar, yunanlar da yaşayırdı. Burada hətta atəşpərəst hindilərin icması da olub. Lakin millətlər palitrasının bir qədər məhdudlaşmasına baxmayaraq indi də burada yaşayan etnik azlıqların xəritəsi yetərincə müxtəlifdir.

SSRİ dağılandan bir il sonra, 1992-ci ildə başlanmış birinci Ermənistan-Azərbaycan müharibəsi iki il davam etdi. Azərbaycanın müstəqil dövlətə çevirilməsindən cəmi bir il keçmişdi və sovet qoşunları onun ərazisini tərk etmişdi. Qonşu Ermənistandan isə bu qoşunlar getmədi, hətta indi də Rusiyanın 102-ci bazasının hərbi kontingenti Ermənistanda yerləşir. Siyasi rejim dəyişəndən və azərbaycanlılara qarşı etnik təmizləmələrdən sonra Ermənistan etnik baxımdan bircins milli dövlətə çevrildi. 2011-ci ildə siyahıyaalma zamanı Ermənistan sakinlərinin yalnız 2 faizi özlərini qeyri-erməni hesab ediblər. Eyni zamanda, əhalisinin sayı 10 milyon olan Azərbaycanda sakinlərin təqribən 10 faizi titul millətinə aid deyil və etnik azlıqları təmsil edir. Bəzi hesablamalara görə, Bakıda təqribən 30 min, Qarabağda isə daha 25 minə yaxın erməni yaşayır. Qafqaz dağlarının cənubunda yerləşən Qarabağın əhalisi əsirlər boyu dəfələrlə dəyişib. Bu, 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti üçün xüsusilə səciyyəvi idi. Erdeyi xatırladır ki, Qarabağdan əlavə ona bitişik rayonlar da işğal edilmiş, orada ermənilər “bufer zonası” yaratmışdılar.

Müəllif yazır: “Bu yaxınlarda Qarabağın aran rayonlarına səfər zamanı mənə ən güclü təsir göstərən bu oldu ki, bəzən saatlarla bu ərazidə yalnız xarabalıqları görmək mümkün idi, bircə salamat bina, elektrik dirəyi, ağac da qalmamışdı. Hətta vəhşi heyvanlar da görünmürdü. Sanki Ayın səthində idi - qumsal səhra, ətrafda yalnız kötüklər və daşlar var. Bir də, əlbəttə, piyadalar əleyhinə milyonlarla mina. Bu minaların basdırmağın məqsədi o olub ki, bu torpağın əvvəlki sahibləri buraya qayıtmağı ağlına belə gətirməsinlər.

Ağdam şəhərinin taleyi çox faciəli olub. 1993-cü ildə şəhər tamamilə dağıdılıb. İşğalçılar hətta şəhər qəbiristanlığını da dağıdıb, məşhur tarixi şəxsiyyətlərin məzarlarını alt-üst ediblər. Erdeyi öz həmkarı, azərbaycanlı jurnalist Eldar İsmayılovun dediklərini sitat gətirir: “Hər şeyi bərpa etmək olar - evləri də, təsərrüfat tikililərini də, məbədləri də. Amma atamın cəsədinin başına gətirilənləri necə “düzəltmək” olar? Bu, təkcə bizə deyil, mənim ailəmlə eyni vəziyyətdə olan insanların hamısına çox böyük mənəvi zərbədir. Qərara almışam ki, Ermənistana qarşı iddia ilə Avropa Məhkəməsinə müraciət edim. Dağlıq Qarabağa qarşı bunu edə bilmərəm, çünki o, heç kəs tərəfindən tanınmamış siyasi qurumdur”.

40 min sakini olan Ağdam şəhəri elə viran qoyulub ki, indi onu çox vaxt “Qafqazın Hirosiması” adlandırırlar. Elə ilk baxışdan görünür ki, bu həqiqətən belədir. Mərkəzi şəhər məscidinin iki uca minarəsi istisna olmaqla bütün şəhər xarabalığa çevrilib. Həmin minarələrdən erməni əsgərlər kəşfiyyat qüllələri kimi istifadə edirdilər. Məscidlərdə ermənilər ev heyvanları, o cümlədən müsəlmanlar üçün “murdar” sayılan donuz saxlayıblar.

Macar jurnalist yazır: “Mən orada olanda məscidin daş döşəməsi peyinlə dolu idi. Bu mənzərə mənim təsəvvürümü daha da kəskinləşdirdi. Azərbaycanın məşhur tarixi şəxsiyyətlərinin məzarları, möhtərəm xanların və imamların türbələri dağıdılıb, məzar daşları uçurulub və sındırılıb, skelet qalıqları ətrafa səpələnib. Şəhərin təməlini qoymuş İbrahimxəlil xanın məqbərəsi də dağıdılıb. Xurşidbanu Natəvanın abidəsi dağıdılıb, onun məzarı qazılıb, sümükləri ətrafa səpələnib. XIX əsrdə yaşamış Natəvan xeyriyyəçi olub. Onu Azərbaycan poeziyasının ən yaxşı nümayəndələrindən biri hesab ediblər. Natəvanın əsərləri məhəbbət mövzusunda qəzəllərdir”.

Ermənilər müsəlman qəbiristanlıqlarını təhqir etmələrini belə izah edirlər ki, bu yolla xristianlığın əsasını aqressiv şəkildə yayılmaqda olan İslam fundamentalizmindən qoruyurlar. Əgər kimsə haçansa Azərbaycanda olubsa o adam təsdiqləyər ki, bu ölkə sülh və asayiş diyarıdır, burada kor-koranə mövhumatdan əsər-əlamət yoxdur.

Erdeyi məqaləsinin sonunda yazır: “Məsələn, bizim sürücü sünni idi, iş vaxtı dayanmadan çalışırdı. Sadəcə, səhər nahar vaxtı və axşam bizim qrupdan aralanır namaz qılırdı. Amma müəzzin səsini eşitmədim. Məhz bu cür liberal münasibətə görə, qonşu ölkələrdən, məsələn İrandan olan milliyyətcə azərbaycanlı turistlər buraya axın-axın gəlir. Onlar bu Avropa ölkəsində istirahət etməyə, alış-veriş və əyləncə üçün gəlirlər”.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər