PETROPAVLOVSK ŞƏHƏRİNDƏ NOVRUZ BAYRAMINI QEYD ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Şimali Qazaxıstan vilayətinin mərkəzi Petropavlovsk şəhərində Novruz bayramı münasibətilə şənlik keçirilmişdir.
Tədbirdə vilayətdəki Azərbaycan diaspor təşkilatının üzvləri, qardaş qazax xalqının nümayəndələri, vilayətdəki mədəniyyət mərkəzlərinin rəhbərləri iştirak etmişlər.
Vilayətdəki Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Şimali Qazaxıstan vilayəti məclisinin deputatı Gülağa İldırımov Novruz haqqında mərasim iştirakçılarına ətraflı məlumat vermiş, bu bayramın təkcə Azərbaycanda deyil, bütün türkdilli dövlətlərdə qeyd edildiyini bildirmişdir.
Şimali Qazaxıstan vilayəti hakiminin müavini Malik Mirzalin iştirakçıları Azərbaycan dilində salamlamışdır.
Azərbaycan diasporunun üzvləri Novruz bayramının məziyyətlərindən söhbət açmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]