Pirallahı Sənaye Parkının rezidenti əməkdaşlığı genişləndirir
Bakı, 15 iyul, AZƏRTAC
Pirallahı Sənaye Parkının rezidenti “R-Pharm” MMC ilə Fransanın beynəlxalq müstəqil əczaçılıq qrupu olan “Servier” şirkəti arasında Azərbaycanda dərman preparatlarının istehsalına dair tərəfdaşlıq sazişi imzalanıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sazişə əsasən tərəflər “R-Pharm” MMC-nin istehsal müəssisəsində şəkərli diabetin fəsadlarının profilaktikası üçün “Diabeton®” (qliklazid) preparatının Azərbaycanda qablaşdırılmasını və satışını həyata keçirəcəklər. Beş illik müqavilənin şərtlərinə əsasən, müəssisədə ildə qeyd edilən dərman preparatının təxminən 1 milyon qutu həcmində istehsalı həyata keçiriləcək.
Qeyd edək ki, dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi olan “R-Pharm” MMC 2018-ci ilin sentyabr ayından Pirallahı Sənaye Parkının rezidentidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:41]
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
- 16.10.2026 [14:37]
Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir
- 16.10.2026 [14:20]