CƏMİYYƏT
“Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası davam edir
![](/files/galleryphoto/2022/2/1200x630/16573753994844936197_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1657375399142827917_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/165737539910127671_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16573753992673455777_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16573753995497031814_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1657375399802324296_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16573753993326952382_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16573753995813139133_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16573753993614359843_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16573753996386630402_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/165737539942410857_1200x630.jpg)
Bakı, 9 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilmiş “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası “Bravo” marketlər şəbəkəsi ilə birgə Əhmədli qəsəbəsində yerləşən “Bravo” hipermarketdə keçirilib. Aksiya zamanı ümumi tutumu 2915 litr olan plastik butulka yığılıb. İştirakçılara ekoçantalar hədiyyə olunub.
Nazirliyin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a bildirib ki, ümumi tutumu 50 litrdən çox butulka təhvil verən şəxslərə isə ekoçantalarla yanaşı, milli parklara bilet hədiyyə edilib. “Bu günədək Bakı və regionları əhatə edən 4 aksiya keçirilib və ümumi tutumu 10 min 836 litr olan plastik butulka təhvil alınıb. Yığılan plastik tullantılar “AzEkol” MMC tərəfindən təkrar emala yönləndirilib”, - deyə o qeyd edib.
Növbəti aksiyanın Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Rahat” supermarketdə keçiriləcəyini deyən S.Məmmədova bildirib: “Bu barədə elan nazirliyin saytında və sosial şəbəkə hesablarında əvvəlcədən paylaşılacaq. Aksiya yay boyunca davam etdiriləcək”.