Podratçı şirkətlərin fəaliyyəti zamanı qarşılaşdıqları çətinliklər müzakirə edilib
Bakı, 28 iyul, AZƏRTAC
Podratçı şirkətlərin fəaliyyəti zamanı qarşılaşdıqları çətinliklər, işlərinə kənar müdaxilə hallarının qarşısının alınması, şəffaflığın təmin olunması və digər məsələlər müzakirə edilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azəriqaz” İstehsalat Birliyi ilə birgə qaz təsərrüfatı sahəsində tikinti-quraşdırma işlərini həyata keçirən podratçı şirkətlərin nümayəndələri ilə görüş keçirib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd podratçı şirkətlərin işlərinə kənar müdaxilə hallarının qarşısının alınması, şəffaflığın təmin olunması və onları narahat edən məsələlərin müzakirəsi olub. Görüşdə podratçı şirkətlərin nümayəndələrinin üzləşdiyi çətinliklər dinlənilib, onların həlli istiqamətində fikir mübadiləsi aparılıb və müvafiq təkliflər verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:48]
Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb
- 10.08.2026 [15:37]
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb
- 10.08.2026 [15:32]
Azərbaycanın xarici dövlət borcu azalıb
- 10.08.2026 [15:26]
Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub
- 10.08.2026 [15:06]