Polimer Materialları İnstitutunda uğurlu tədqiqatlar aparılır
Bakı, 17 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasında uğurlu tədqiqatlar aparılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanovun rəhbərlik etdiyi laboratoriyanın əməkdaşları tərəfindən bu il 20 məqalə, 33 məruzə və tezis dərc etdirilib, 2 monoqrafiya nəşr olunub. Məqalələrin 6-sı “Web of Science”, “Science Citation Index Expanded” bazalarına daxil olan impakt faktorlu jurnallarda yer alıb.
Mexaniki-kimyəvi sintez yolu ilə “METAK” şirkətində poliolefinlər, qrafit və bazalt doldurucuları əsasında nanokompozitlərin alınma texnologiyası sınaqdan keçirilərək sınaq aktları alınıb.
Laboratoriyada 5 beynəlxalq və 4 yerli təşkilat ilə müqavilə əsasında tədqiqat işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [13:42]
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb
- 05.10.2026 [13:02]
Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur
- 05.10.2026 [13:00]
Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova
- 05.10.2026 [12:51]
Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır
- 05.10.2026 [12:32]