Polşa Belarusla sərhəddəki keçid məntəqələrini açacaq
Bakı, 23 sentyabr, AZƏRTAC
Polşa hökuməti Belarusla sərhəddəki keçid məntəqələrini sentyabrın 25-də açacaq.
AZƏRTAC xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk bu barədə hökumətin iclasından öncə deyib. Onun sözlərinə görə, sərhəd-keçid məntəqələri sentyabrın 24-dən 25-nə keçən gecə fəaliyyətə başlayacaq.
Qeyd edək ki, Varşava bu ölkə ilə sərhəddəki bütün keçid məntəqələrini Belarusla Rusiyanın birgə keçirdiyi “Qərb-2025” təlimləri ilə əlaqədar sentyabrın 12-də bağlamışdı. Polşanın Daxili İşlər Nazirliyi keçid məntəqələrinin qeyri-müəyyən vaxtadək bağlı qalacağını və yalnız təhlükəsizliklə bağlı vəziyyətinin qiymətləndirilməsindən sonra açılacağını bildirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:07]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [20:35]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:15]
Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib
- 01.10.2026 [20:04]