Polşa Prezident Aparatının rəhbəri mühafizə altına alınıb
Bakı, 4 aprel, AZƏRTAC
Polşa Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Prezident Anjey Dudanın ofis rəhbəri Marçin Mastalereki qoruma altına alıb.
AZƏRTAC “Rzeczpospolita” qəzetinə istinadla xəbər verir ki, onun mühafizəsi barədə əmri daxili işlər naziri Marçin Kervinski verib. Hakimiyyət orqanları Polşanın Qanun və Ədalət partiyası əleyhinə bəzi tənqidi bəyanatlar səsləndirən Marçin Mastalerekin həyatı üçün təhlükə yarandığı qənaətinə gəliblər.
Kəşfiyyat xidmətinin “Rzeczpospolita” qəzetinin sorğusuna verdiyi rəsmi cavabda siyasətçiyə mühafizəçilər ayrılması barədə qərarın alınan hədə-qorxuların təhlilindən sonra qəbul edildiyi deyilir.
Qeyd edək ki, Polşanın Qanun və Ədalət partiyası 2023-cü il oktyabrın 15-də keçirilən parlament seçkilərində məğlubiyyətindən sonra Marçin Mastalerek partiyanın lideri Yaroslav Kaçinskinin siyasi karyerasını bitirməli olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]