POLŞA RESPUBLİKASI SƏFİRLİYİNDƏ MƏTBUAT KONFRANSI
Xanım B.Vrublevska mətbuat konfransını açaraq demişdir ki, Polşa Azərbaycanla müxtəlif illərdə bağladığı müqavilə və sazişlərə müvafiq əməkdaşlıq edir. Bu sənədlərdən də biri 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq haqqında müqavilədir. Polşa sahibkarları MDB ölkələri arasında yüksək iqtisadi artıma malik Azərbaycanla əməkdaşlıqda maraqlıdır və həmin sənədlərin vaxtının uzadılmasına, yeni əlaqələr yaradılmasına ümid bəsləyirlər. Ona görə də Polşa iqtisadiyyatının irimiqyaslı təqdimatı kimi qarşıdakı sərgi əməkdaşlıq baxımından bir növ hansı istiqamətlərin daha səmərəli olacağını müəyyənləşdirəcək testdir. B.Vrublevska vurğulamışdır ki, sərgidə 50 şirkət təmsil olunacaq, gələn il onların sayı üç dəfə artırılacaqdır.
Sərgidə aviasiya, avtomobil, tikinti, elektrotexnika, yeyinti, kosmetika və əczaçılıq sahələrinin orta və iri müəssisələrinin məhsulları nümayiş etdiriləcəkdir. Təşkilatçıların fikrincə, həmin məhsullar əməkdaşlığın şərtlərinə tam uyğundur.
Sərgi noyabrın 8-də ABU ARENA-nın salonunda açılacaqdır.