Polşada açıq Avropa turnirində 18 cüdoçumuz mübarizə aparacaq
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 29-dan martın 1-dək Polşanın paytaxtı Varşavada cüdo üzrə açıq Avropa turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı qitə yarışında 18 cüdoçu təmsil edəcək. Kişilərin yarışında Yaşar Nəcəfov, Rövşən Əliyev, Davud Məmmədsoy, Rəşad Yelkiyev, Rəxşan Baxşəliyev (hamısı 60 kq), Nurlan Osmanov (66 kq), Fəqan Quluzadə (81 kq), Rüfət İsmayılov, Rauf Dünyamalıyev (hər ikisi 90 kq), Aslan Mirzəyev (100 kq), Şahin Qəhrəmanov (100 kq-dan yuxarı) mübarizə aparacaqlar. Qadınların yarışında isə Ramilə Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Şəfəq Məmmədova (52 kq), Səkinə Zayırova (57 kq), Diana Şoranova (63kq), Günel Həsənli və Aidə Baxışova (hər ikisi 70 kq) güclərini sınayacaqlar.
Yarışda 44 ölkədən 450-yə yaxın cüdoçu iştirakını təsdiqləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]