POLŞADA YAŞAYAN AZƏRBAYCANLI RƏSSAM HƏMİD İBADULLAYEVİN ƏSƏRLƏRİNDƏN İBARƏT SƏRGİ TƏŞKİL OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü və Varşavanın “Art Offis” şirkətinin dəstəyi ilə paytaxtdakı “İncəsənət xəzinəsi” qalereyasında azərbaycanlı fotoqraf-rəssam Həmid İbadullayevin foto və rəsm əsərlərindən ibarət sərgi təşkil olunmuşdur. Sərginin açılışında Polşanın mədəni və ictimai dairələrinin, Varşavada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Qonaqlar sərgini Azərbaycan ilə Polşa arasındakı mədəni əlaqələrin daha bir nümunəsi kimi qiymətləndirmiş və bu işə töhfəsini verən H.İbadullayevə uğurlar arzulamışlar.
Sərgi ilə bağlı məlumat Varşavanın mədəniyyət portalı olan www.artinfo.pl internet saytında yerləşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]