POP-ULDUZ NYU-YORK KÜÇƏLƏRİNİ SÜPÜRƏCƏK
Beləliklə, “Culture Club”un (“Mədəniyyət klubu”) keçmiş solisti Nyu-Yorkun əhalisi sıx olan ticarət məhəllələrində hər gün səhər saat 7-dən küçələri tər-təmiz süpürməli, zir-zibili yığışdırmalı olacaqdır. Meteoroloqların məlumatına görə isə, qarşıdakı həftə ərzində şəhərdə 40 dərəcə istilər gözlənilir.
Əsil adı Corc Alan O”Daud olan Boy Corc 2005-ci ilin oktyabrında polisi Nyu-Yorkdakı mənzilinə çağıraraq, mənzilinin yarıldığını bildirmişdir. Lakin polislər qarət izləri tapmamış, əvəzində, içində kokain olan 13 paket aşkara çıxarmışlar. Məhkəmə min dollar məbləğində cərimə ödəmək, narkoasılılıqdan müalicə olunmaq və ictimai işlərdə çalışmaq müqabilində musiqiçidən kokain saxlanması ilə bağlı ittihamın götürülməsinə razılıq vermişdir. Corc ona küçə süpürmək əvəzinə xeyriyyə konserti vermək barədə hökm çıxarılmasına çalışmış, lakin məhkəmə onun bu təşəbbüsünü rədd etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]