Predraq Kojul: Səsvermədə gənclərin xüsusi fəallığını müşahidə etdik
Bakı, 12 aprel, AZƏRTAC
Prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Seçkiləri izləmək üçün bütün beynəlxalq müşahidəçilərə bərabərhüquqlu imkan yaradılmışdı. Səsvermədə gənclərin xüsusi fəallığını müşahidə etdik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanda keçirilən prezident seçkilərini izləyən Bosniya və Herseqovina-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Predraq Kojul müşahidələrin yekunlarına dair Bakıda keçirilən mətbuat konfransında söyləyib.
O, seçkilərin azad və şəffaf şəkildə təşkil edildiyini bildirərək deyib: “Biz 11 seçki məntəqəsində müşahidə missiyasını həyata keçirmişik. Seçicilərin öz iradələrini sərbəst ifadə etmələri üçün maksimum şərait yaradılmışdı. Həm komissiya üzvləri, həm müşahidəçilər, həm də seçicilərlə təmasda olduq. Təşkilatçılıq yüksək səviyyədə idi. Fiziki məhdudiyyəti olan insanlara səsvermədə iştirak etmələri üçün yaradılan şəraiti də müsbət qiymətləndirirəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]