Premyer Liqada mərkəzi oyun: "Qarabağ" lider "Sabah"a qarşı
Bakı, 18 aprel, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha 2 oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk matçı Yevlaxda "Karvan-Yevlax"la "Şamaxı" arasında olacaq. Görüş saat 15:30-da başlayacaq.
Hazırda meydan sahibi komanda 11 xalla sonuncu - 12-ci, qonaqlar isə 32 xalla 8-ci pillədə qərarlaşıb.
Günün digər qarşılaşması isə Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Çempionluq uğrunda mübarizə aparan "Qarabağ" və "Sabah" mərkəzi arenada üz-üz gələcək. Prinsipial oyun saat 19:30-da başlayacaq.
Bakı klubu 66 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən bir oyun az keçirən Ağdam təmsilçisi isə 56 xalla 2-ci sırada yer alıb.
Qeyd edək ki, XXVIII turun əvvəlki oyunlarında "Turan Tovuz" "Araz-Naxçıvan"ı 3:0 hesabı ilə məğlub edib, "Zirə" - "Neftçi" matçında isə qalib müəyyənləşməyib.
Tura aprelin 19-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]