PREZİDENT İLHAM ƏLİYEV AMEA-NIN NAXÇIVAN BÖLMƏSİNİN YENİ KORPUSUNUN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
Mərasimə toplaşanlar respublikamızın rəhbərini mehribanlıqla qarşıladılar.
Prezident İlham Əliyev mərasimdə nitq söylədi.
Sonra dövlətimizin başçısı bina ilə tanış oldu.
Azərbaycan Prezidentinə məlumat verildi ki, bölmənin yeni korpusunda Təbii Ehtiyatlar İnstitutu, Batabat Astrofizika Rəsədxanasının mərkəzi aparatı və Əlyazmalar Fondu yerləşir. Burada elmi kitabxana, nəşriyyat, arxiv, seysmoloji mərkəz vardır, 8 laboratoriya fəaliyyət göstərir. Yeni korpusda 200 nəfər çalışacaqdır.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri davam edir.
X X X
AZƏRTAC-ın müxbirinin aldığı xəbərə görə, uzun illər övlad həsrəti ilə yaşayan Fərrux və Zeynəb Süleymanovların ailəsində Prezident İlham Əliyevin Naxçıvana səfərinin ilk günü əkiz övlad dünyaya gəlmişdir. Körpələrdən birinə Heydər, digərinə isə İlham adı qoymuşlar.