Prezident İlham Əliyev Daxili Qoşunların hərbi qulluqçularının bir qrupunu təltif edib
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsinə dair Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə iki hərbi qulluqçu “Vətən uğrunda”, üç nəfər “İgidliyə görə”, 7 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Qeyd edək ki, martın 12-si ölkəmizdə Daxili Qoşunların yaranması günüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:42]
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib
- 07.10.2026 [13:17]