PREZİDENT İLHAM ƏLİYEV “N” HƏRBİ HİSSƏSİNDƏ YENİ KORPUSUN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev dövlətimizin başçısına raport verdi.
Prezident, Ali baş komandan İlham Əliyev əsgərləri salamladı.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Sonra Ali baş komandan döyüş bayraqlarını təqdim etdi, şəxsi heyəti bu əlamətdar hadisə münasibətilə təbrik etdi.
Mərasimi Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov açdı.
Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev mərasimdə nitq söylədi.
Sonra hərbi hissənin əsgərləri marş sədaları altında Ali baş komandanın qarşısından keçdilər.
Prezident İlham Əliyev hərbi hissənin yeni korpusunun kazarması, ideoloji otağı, tibb məntəqəsi, qərargahı ilə tanış oldu, yeməkxanada əsgərlərlə birlikdə nahar etdi.