Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü qlobal liderliyin göstəricisidir

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü qlobal liderliyin göstəricisidir

Bakı, 29 iyun, AZƏRTAC

Koronavirus pandemiyasına qarşı mübarizə ilk gündən hər bir ölkədən yalnız daxildə deyil, regional və qlobal çərçivədə birliyə, həmrəyliyə xidmət edən tədbirlərin gücləndirilməsinə çağırış etdi. Daim birləşdirici, sabitləşdirici mövqeyi ilə dünyanın diqqətində olan Azərbaycan bu müddətdə daxili tədbirlərlə yanaşı, birliyə, həmrəyliyə xidmət edən təşəbbüslərini reallıqda təsdiqləməsi ilə diqqət çəkdi. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, həmçinin BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatının videokonfrans şəklində Zirvə görüşləri keçirildi, bu beynəlxalq tədbirlərdə dünyaya “COVID-19-a qarşı birlikdəyik” mesajı ünvanlandı. Bu kimi tədbirlər beynəlxalq səviyyədə Azərbaycana və Prezident İlham Əliyevə olan böyük inamın və etimadın göstəricisi kimi dəyərləndirildi. Bu gün bu sıraya dövlətimizin başçısının BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü və ona verilən yüksək dəstək də daxil edilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, bu təşəbbüslər, onların reallaşması, bu fonda yeni təşəbbüslərə yol açan addımlar, dünya dövlətləri tərəfindən verilən dəstək və sair kimi məqamlar ölkəmizin koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verdiyini göstərir. Pandemiyaya qarşı mübarizə sahəsində nümunəvi ölkə kimi Azərbaycanın təşəbbüsləri təqdir olunur, həyata keçirdiyi tədbirlər yüksək dəyərləndirilir.

Baş redaktor bildirib ki, COVID-19 pandemiyası bütün dünya dövlətlərinin iqtisadiyyatına, xüsusilə insanların sağlamlığına mənfi təsir göstərir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə Görüşündə bu reallığı diqqətə çatdırdı ki, yalnız qarşılıqlı dəstək, özünəqapanmama və birgə səylərlə COVID-19-a qalib gəlmək mümkündür.

“Təbii ki, özünəqapanma heç bir dövlətə uğur gətirə bilməz. Səylərin birləşdirilməsi, birgə addımların atılması, təcrübə mübadiləsinin aparılması fonunda nəzərdə tutulan hədəfə yüksək səviyyədə nail olmaq mümkündür, - söyləyən V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın ötən müddətdə Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırması və 30-dan çox ölkəyə humanitar yardım göstərməsi də birliyin, həmrəyliyin genişləndirilməsində, ehtiyacı olan ölkələrə dəstəyin göstərilməsində nə qədər maraqlı olduğunu nümayiş etdirir.

Dövlətimizin başçısı İlham Əliyevin “Biz bunu etməyə də bilərdik. Kimsə bizə bir söz deyəcəkdi? Yox. Kim bizə irad tuta bilərdi ki, bu ağır dövrdə biz bu təşəbbüsü irəli sürməsəydik. Amma biz bunu etdik. Çünki biz məsuliyyətli ölkəyik və etibarlı tərəfdaşıq” fikirlərini önə çəkən V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsinə nail olmaqla iki əks qütbün - Avropa İttifaqı ilə Qoşulmama Hərəkatının koronavirus pandemiyasına qarşı bir araya gətirilməsinə müvəffəq oldu. Prezident İlham Əliyevin fikirlərinə istinad etsək, Azərbaycan dünyanı birləşdirir. Beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülmüş təşəbbüslər dünya birliyi tərəfindən birmənalı şəkildə yüksək qiymətləndirilir və təqdir edilir.

“Azərbaycan dövləti bu çağırışı da etdi ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Nəzərə alsaq ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatına üzv olan dövlətlərin üçdəikisini özündə birləşdirir, o zaman hər bir ölkənin ortaya qoyduğu yanaşmanın mübarizənin müsbət sonluqla başa çatmasında rolunu aydın görərik”, - deyən baş redaktor vurğulayıb ki, amma bu günədək beynəlxalq münasibətlər sistemində BMT, onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür, dünyanın aparıcı ölkələri qlobal liderlik əvəzinə geosiyasi rəqabət və özünütəcridə kökləniblər. “Böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də, bu, baş vermədi. Daha çox özünütəcrid, milli eqoizm xarakteri daşıyan addımlar atıldı. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Assambleyası çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də, onların da əksəriyyəti uğurla nəticələnmədi. Dövlətimizin başçısı İlham Əliyev Qoşulmama Hərəkatının videokonfras şəklində keçirilən Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi”, - deyə baş redaktor vurğulayıb.

O bildirib ki, BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin qurumun Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi bir daha beynəlxalq birlik tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. “Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu və yeri göz qabağındadır. Daim ədalət meyarını öndə saxlayan, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan Azərbaycan qlobal məsələlərin həllində öz dəstəyini göstərməyi xarici siyasətinin prioritet istiqaməti kimi qəbul edib. Əsas məqsəd regionda və dünyada sabitliyin, təhlükəsizliyin, yüksək rifahın təmin edilməsidir. Sülhün, əmin-amanlığın, insanların sağlamlığının qorunması fonunda qarşıya qoyulan hədəfləri gerçəkləşdirmək qaçılmazdır. Nəzərə alsaq ki, bu gün koronavirus təkcə insanların sağlamlığına deyil, ölkələrin iqtisadiyyatına böyük təhdiddir, statistikaya müraciət etdikdə vurulan ziyanın həcminin nə qədər böyük olduğu aydın görünür. Məhz birliyin, həmrəyliyin formalaşdırılması, hər bir ölkənin malik olduğu təcrübəni paylaşması, maddi və mənəvi dəstəyin göstərilməsi əsasında qarşıdakı dövrə nikbin baxmaq, bu yönümdə fədakarlıq göstərmək olar”, - deyə V.Rəhimzadə qeyd edib.

Təşəbbüsə qarşı çıxan yeganə dövlətin Ermənistan olduğunu vurğulayan baş redaktor deyib: “Hər bir məsələdə seyrçi mövqedə dayanmağa üstünlük verən işğalçı dövlətin sağlamlığa böyük zərbə vuran bir xəstəliyə qarşı mübarizəyə də qoşulmaması dünya dövlətləri tərəfindən lazımi şəkildə dəyərdəndirilməyəcəksə, bu, artıq Ermənistanın başına sığal çəkilməsinin növbəti təzahürü kimi qəbul oluna bilər. Bu baxımdan ki, işğalçı dövlət qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay edir. Bu günə qədər BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə məhəl qoymayan Ermənistana buna görə ona “gözün üstə qaşın var” deyilməməsi təcavüzkar dövlətdə böyük arxayınlıq yaradır. Hansı ki, hazırda pandemiyanın ağır nəticələrini daha çox hiss edən ölkələrdən biri bu işğalçı dövlətdir. Hər an özünə maddi və mənəvi dəstəyi hiss etməsi bu ölkədə pandemiyaya qarşı mübarizəyə qoşulsa da qoşulmasa da, bu qayğını görəcəyinə arxayınlıq yaradır. Pandemiyaya qarşı mübarizə iki əks qütbü - Avropa İttifaqını və Qoşulmama Hərəkatını bir araya gətirdi, amma Ermənistana təsir etmək imkanında olmadısa, buna artıq şərh vermək mümkün deyil”.

Ümumilikdə Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəkləyən ölkələrin dünyanın bütün regionlarını əhatə etdiyini diqqətə çatdıran Vüqar Rəhimzadə bildirib : “Onların arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər var. Azərbaycanın 130 ölkənin dəstəyini qazanan bu təşəbbüsü bir daha ölkəmizə olan münasibəti, etimadı ortaya qoyur. Siyasətində müstəqil olan, təbliğatı real faktlara əsaslanan, atdığı hər addımında dövlət maraqlarını öndə saxlayan bir dövlətə beynəlxalq səviyyədə dəstək qaçılmaz olacaq. Azərbaycan daim böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əməkdaşlıq əlaqələri qurur, bu münasibətləri yeni-yeni istiqamətlər üzrə inkişaf etdirir. Dünya dövlətləri tərəfindən BMT-nin Baş Katibinə ünvanlanan məktublarda da Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü dəstəklənir və vaxtında verilmiş, çox ehtiyac duyulan addım kimi dəyərləndirilir”.

Baş redaktor qeyd edib ki, pandemiyanın dünyanı geniş şəkildə bürüdüyü və hətta bəzi ölkələrdə ikinci dalğası yaşandığı indiki dövrdə həmrəyliyə və əməkdaşlığa böyük ehtiyacın olduğu özünü qabarıq şəkildə büruzə verir. O deyib: “BMT Baş Assambleyası çərçivəsində belə bir qlobal problemin müzakirəyə çıxarılması, vahid yanaşma modelinin ortaya qoyulması vacibdir. Hər bir məsələdə fəal mövqedən çıxış edən Azərbaycan dövləti, möhtərəm Prezidentimiz İlham Əliyev bu inamı da səsləndirir ki, görülən tədbirlər mübarizədən az itki ilə çıxmağımıza əsas yaradır. Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Məhz bu birlik, əməkdaşlıq sayəsində görülən işlər daim qurumun rəsmiləri tərəfindən önə çəkilir”.

“Göründüyü kimi, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu artırmaqdadır. Ölkəmiz öz təşəbbüsləri, praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında əlaqələrin inkişafına, qlobal koronavirus pandemiyası ilə mübarizədə bütün səylərin səfərbər olmasına töhfələrinin davamlılığı ilə diqqət çəkir, - söyləyən V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısının davamlı təşəbbüsləri və bu təşəbbüslərin reallıqda öz əksini tapması bunu bir daha təsdiqləyir. COVID-19-a qarşı mübarizəyə birgə cavabın axtarılması virusun sürətlə yayılmasından, onun növbəti dalğalarının yaşanmasından ciddi narahatlığın aydın mənzərəsini yaradır. Azərbaycan Prezidenti tərəfindən Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərinə milli, regional və beynəlxalq səviyyələrdə bu ümumbəşəri bəlaya qarşı mübarizə aparmaq istiqamətində əməkdaşlıqlarını möhkəmləndirməyə çağırış edilməsi təbii ki, dünyanı ciddi düşündürməli, artıq ədalətin, haqqın, ən əsası beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi mexanizminin müəyyənləşdirilməsinin zamanı çatdığına bir işarə olmalıdır.

Baş redaktor diqqəti Qoşulmama Hərəkatının videoformatda keçirilən konfransında BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciətində əksini tapan fikirlərə yönəldib. O qeyd edib: “Azərbaycanın təşəbbüslərini yüksək dəyərləndirən BMT-nin Baş katibi bildirib ki, burada yeganə cavab cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərlik keyfiyyətləridir. Bu böhranın miqyası və mürəkkəbliyi əlaqələndirilmiş qlobal cavab tədbirlərini tələb edir. Biz COVID-19-a səmərəli cavab tədbirlərinin hər kəs üçün və hər yerdə əlçatan olmasını və bərabərliyi təmin etməliyik. Videomüraciətdə pandemiyaya qarşı mübarizəyə ciddi əməli töhfələr verən Prezident İlham Əliyevin fəaliyyəti təqdir edilərək Azərbaycandan ünvanlanan birlik, həmrəylik çağırışlarının ölkəmizin beynəlxalq aləmdə nüfuzunun göstəricisi kimi qeyd olunub”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib