PREZİDENT İLHAM ƏLİYEVİN STRASBURQA SƏFƏRİ MÜNASİBƏTİLƏ XATİRƏ ZƏRFİ BURAXILMIŞDIR
Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası çərçivəsində aprelin 29-da Prezident İlham Əliyevin Avropa Şurasına rəsmi səfəri münasibətilə bu beynəlxalq qurum tərəfindən rəngli xatirə zərfi buraxılmışdır.
Zərflərin üzərində Prezident İlham Əliyevin fotoşəkli, dövlət bayrağımız və Avropa Şurasının rəmzləri əks olunmuş, AŞPA-nın yaz sessiyasının gündəliyindəki bir sıra məsələlərin adları sadalanmışdır.
Şübhəsiz ki, Azərbaycan Respublikası Prezidentinin bu səfəri münasibətilə xatirə zərfinin buraxılması çox əlamətdar haldır, eyni zamanda, yeni zərf müxtəlif dairələr, xüsusən kolleksiyaçılar tərəfindən maraqla qarşılanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:21]
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər
- 01.10.2026 [13:00]